Bala Məmməd oğlu Ağayev () — 1944–1953-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin sayca 8-ci direktoru (rektoru), kənd təsərrüfatı elmləri doktoru və professor.

Həyatı 1910-cu ildə Şuşada anadan olmuşdur. 1989-cu ildə vəfat etmişdir.

Təhsili Azərbaycan Dövlət Aqrar Universitetində (o dövrki adı ilə AKTİ) ali təhsil almışdır.

Fəaliyyəti Bala Ağayev kənd təsərrüfatı elmləri doktoru, professor, torpaqşünaslıq və meliorasiya üzrə görkəmli alim, Macarıstan Elmlər Akademiyasının müxbir üzvü, Təbriz Universitetinin fəxri professoru seçilmişdir. Onun Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyi dövrdə meşə təsərrüfatı fakültəsi yaradılmış, tələbə qəbulu planı və məzunların sayı əhəmiyyətli dərəcədə artmış, əvvəlki illərdən fərqli olaraq 1950–1953-cü illərdə kənd təsərrüfatına xeyli ali təhsilli mütəxəssis göndərilmişdir.

Həmçinin bax Məmməd Mehdiyev Azərbaycan Dövlət Aqrar Universiteti

İstinadlar

Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları Kateqoriya:Şuşa alimləri Kateqoriya:Azərbaycan professorları