Əhməd Musa oğlu Məmmədov (Salahlı) () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı Əhməd Məmmədov 1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçi ailəsində anadan olub. O, üçsinifli məktəbdə oxumuş, təhsil aldığı müddətdə, 1911-ci ildən başlayaraq teatr sənətinə maraq göstərib. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan aktyor 1916-cı ildən başlayaraq sözlü və irihəcimli obrazlarda çıxışlar edib. 1922-ci ildə isə Tiflis Dövlət Türk Dram Teatrının truppasına qəbul edilib. 1930-cu ilədək burada çalışan aktyor Bakıya gələrək burada Bakı Türk İşçi Teatrının truppasına daxil olub.
Əhməd Salahlı 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə buraya gəlib və səkkiz ildən artıq bu teatrın səhnəsində aktyor kimi çalışıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tiflis şəhərinə qayıdaraq yenidən Tiflis Dövlət Azərbaycan Teatrına gəlib. 1947-ci ildə bu teatr fəaliyyətini dayandırdığından o, yenidən Bakıya gələrək Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dram Teatrının truppasına qəbul olunub.
Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib. O, 1953-cü ilin aprelində Bakıda vəfat edib.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949
İfa etdiyi əsas rollar Tiflis teatrında Tamaşa Müəllif Rol Ölülər Cəlil Məmmədquluzadə Şeyx Əhməd və İsgəndər İblis Hüseyn Cavid Arif və İblis Uçurum Hüseyn Cavid Əkrəm Şeyx Sənan Hüseyn Cavid Platon Topal Teymur Hüseyn Cavid Topal Teymur Knyaz Hüseyn Cavid Knyaz Sevil Cəfər Cabbarlı Balaş Vaqif Səməd Vurğun Vaqif Müfəttiş Nikolay Qoqol Osip İki yetirmə Adolf D'Enneri və Kermon De Ponti
Gəncə teatrında Tamaşa Müəllif Rol Babək Əbil Yusifov Babək Həyat Mirzə İbrahimov Akif Vaqif Səməd Vurğun Vaqif Bahar Məmmədhüseyn Təhmasib Qaya Toy Sabit Rəhman Dəmirçi Musa Otello Uilyam Şekspir Yaqo Günahsız müqəssirlər Aleksandr Ostrovski Murov Daş qonaq Aleksandr Puşkin Don Juan Müfəttiş Nikolay Qoqol Bələdiyyə rəisi Qaçaqlar Fridrix Şiller Karl Moor
Azərbaycan Dram teatrında Tamaşa Müəllif Rol Vaqif Səməd Vurğun İbrahim xan Od içində Ənvər Məmmədxanlı Əli Boyaqçı Köhnə dudman Əbdürrəhim bəy Haqverdiyev Sadıq bəy Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Niyaz Otello Uilyam Şekspir Baş Senator Amerikanın səsi Boris Lavrenyov Brested Türkiyədə Nazim Hikmət Əhməd
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları