Əbva və ya Vədda () — qəzvəsi hicrətin ikinci ili (623 Avqust) Səfər ayında baş vermiş ilk Qəzvədir (müharibə). Bu qəzvədə məqsəd Bəni Dəmra qəbiləsindən gözlənilən təhlükənin qarşısını almaq idi. Bəni Dəmra qəbiləsi Məhəmməd peyğəmbərin bu məntəqədə olduğundan xəbərdar olub, Məhəmməd peyğəmbərlə sülh müqaviləsi bağlamaq istədiklərini bildirdilər, Məhəmməd peyğəmbər də bu təklifə öz razılığını bildirib, Əbva adlı yerdə müqaviləni bağladılar.
Əbva Bölgəsi Əbva Məkkə ilə Mədinə arasında, Vəddan yaxınlığında böyük bir kəndin adıdır ابن رسته، ج۷، ص۱۷۸ / İbn Ruste,c,7,s,178. Məhəmməd peyğəmbərin anası Aminə binti Vəhəb burda dəfn olunub ابن هشام، سیره نبوی، ۱۳۷۵ش، ج۱، ص۱۷۷ / İbn Hişam,Sireye Nəbəvi,1375-ş,c,1,s,177. Bu Bölgə, Məkkəyə gedən yolun ikiyə bölündüyü bölgədir. Birinci yol Əbva, Vəddan, Cuhfə və Məkkə; ikinci yol Əbva, Cuhf. və Məkkə yoludur. Qədim Əbva kəndi tərk edilərək xarabalığa çevrilib və Xurmalıqdan ibarət olan ərazi Huraybə (Khuraybah) olaraq adlandırılır. Yeni Əbva kəndi bu bölgənin şimalında yerləşir. Bu bölgənin sakinlərinin əksəriyyəti son illərdə böyük şəhərlərə köç ediblər. Yeni imkanların artması ilə yenidən inkişaf etməyə başlayan bu bölgənin indi 7000 nəfər əhalisi var və əhalinin çox hissəsi Harb qəbiləsindəndir.
Qəzvənin tarixi Vəddan adı ilə də tanınan bu qəzvə, Hz. Peyğəmbərin hicrətin ikinci ilidə müşriklərlə döyüşdüyü ilk qəzvədir. Tarixçilərdən bəziləri bu qəzəvnin hicrətin ikinci ili səfər ayında (hicrətin 11-ci ayı)واقدی، المغازی، ۱۳۶۹ش، ص۸ /Vaqidi,əl-Məğazi,1369-ş,s,8, bəziləri isə hicrətin 12-ci ayında baş verdiyini qeyd ediblərطبرسی، إعلام الوری، دار الکتب الإسلامیة، ص۷۲ / Təbərisi,İilamul Vəra,Darul Kutubul İslamiyyə,s,72. Peyğəmbər Səd ibn Übadəni öz yerində canişin qoyub, Mühacirlərdən 60 nəfər süvari ilə Qureyş karvanı və Bəni Dəmra ibni Kənanə kimi qəbilələrlə döyüşmək üçün mədinədən çıxmışdılar. Bu qəzvədə ənsardan heç kim iştirak etməmişdirابن هشام، سیره نبوی، ۱۳۷۵ش، ج۱، ص۳۹۲؛ بلاذری، انساب الأشراف، ۱۴۱۷ق، ج۱، ص۲۸۸ / İbni Hişam,Sireye nəbəvi,1375-ş,c,1,s,392; Bəlazuri,Ənsabul Əşraf,1417-q,c,1,s,288. Bu qəzvədə pərçəmdar Həmzə ibn Əbdülmüttəlib idi.مجلسی، بحار الأنوار، ۱۴۰۴ق، ج۱۹، ص۱۸۷ / Məclisi,Biharul Ənvar,1404-q,c,19,s,187. İslam ordusu Qureyş karvanını Əbvada görmədi. Orada Bəni Dəmra qəbiləsi sülh bağlamaq üçün Peyğəmbərin yanına gəlidlər və Qəbilənin lideri olan Məxşi ibn Əmr Dəmri Peyğəmbərlə sülh müqaviləsi imzaladı ابن هشام، سیره نبوی، ۱۳۷۵ش، ج۱، ص۳۹۲؛ ابن اثیر، الکامل، ۱۳۷۱ش، ج۷، ص۱۲۵ / İbn Hişam,Sireye Nəbəvi,1375-ş,c,1,s,392; İbn Əsir,əl-Kamil,1371-ş,c,7,s,125.
Müqavilənin şərtləri Bir-birlərinin əleyhinə güc (ordu) toplamasınlar. Bir-birlərinin düşmənlərinə də hardım göstərməsinlərQeyd. Başqa tarixi mənbələrdə də bu mənanı ehtiva edən müxtəlif kəlmələrdən istifadə edilmişdir. Məsələn: ابن سعد، الطبقات الکبری، ۱۴۱۰ق، ج۲، ص۶ / İbn Səd,ət-Təbəqatul Kubra,1410-q,c,2,s,6).
Əbva bölgəsinin tarixi önəmləri
Peyğəmbərin anasının qəbri Məşhur görüşə görə, hicrəttən 46 il əvvəl Hz. Peyğəmbərin anası Aminə Binti Vəhəb Mədinədən Məkkəyə qayıdarkən Əbva bölgəsində vəfat edib və burada dəfn ulunubİbn Hişam,c,1,s,177. Qureyşlilər Bədr döyüşündə ölən qohumlarının qisasını almaq üçün Mədinəyə gedərkən Əbvadan keçərkən, onlardan bir qrupu Aminə xanımın qəbrini açmaq istədi.Ancaq Əbu Süfyan Qureyş ağsaqqalları ilə məsləhətləşdikdən sonra bu işdən çəkindiVaqidi,c,1,s,206. Hz. Peyğəmbər Hüdeybiyyəyə gedərkən əbva məntəqəsində anasının qəbrini ziyarət edib, məzarında ağladı və anasının məzarını təmir etdiİbn Səd,c,1,s,116. Peyğəmbər Vida həccindən sonra da Əbvaya gəlib anasının qəbrini ziyarət etmişdirQummi,c,1,s,44.
Musa ibn Cəfərin viladəti İmamiyyə məzhəbinin 7-ci imamı və Kazim adı ilə məşhur olan Musa ibn Cəfər Sadiq hicrətin 128-ci ili Səfər ayının 7-sində Əbvada dünyaya gəlmibəl-Məhasin,c,2,s,314; Bəsairud-Dərəcat,s,460.
Həmçinin bax Hicrət Qəzvə
Ədəbiyyat İbn Əsir,Əzaləddin Əli,əl-Kamil fi ət-Tarix,Tərcüməçi-Əbulqasim Halət,Tehran,Muəssəseye Mətbuatiye Elmi,1371-ş İbn Səd,Məhəmməd ibn Səd ibn Muni,ət-Təbəqatul Kubra,Tədqiq,Məhəmməd Əbdulqadir Ətta,Beyrut,Darul Kutubul Elmiyyə,1410-q İbn Hişam,Əbdülməlik,Sireye Nəbəvi,Tərcüməçi-Seyyid Haşim Rəsuli Məhəllati,Tehran,Ketabçi,beşinci çap,1375-ş Bəlazuri,Əhməd ibn Yəhya,Ənsabul Əşraf,Tədqiq,Süheyl Zəkkar Zərkuli,Beyrut,Darul fikr,birinci çap,1417-q Təbərsi,Fəzl ibn Həsən,iilamul Vəra,Tehran,Darul Kutubul İslamiyyə, Məhəmmədbaqir Məclisi,Biharul Ənvar,Beyrut,Muəssəsətul Vəfa,1404-q Vaqidi,Məhəmməd ibn Ömər,əl-Məğazi,Tədqiq,Marsden Johannes,Beyrut,Muəssəsətul Əələmi,çape sevvom,1409 Vaqidi, Məhəmməd ibn Ömər,əl-Məğazi,Tərcümə-Mahmud Məhdəvi Damğani,Tehran,Mərkəze Nəşre Daneşqahi,Çape sevvom,1369-ş
Xarici keçidlər Əbva Hz. Peygamber’in annesi Âmine’nin kabrinin bulunduğu yer. (Əbva)
İstinadlar
Kateqoriya:İslam tarixi Kateqoriya:Döyüşlər Kateqoriya:İstilalar