Balıkesir Saat Qülləsi — Balıkesirdə Bələdiyyə parkı içində inşa edilmiş qüllə.
Tarixi Qalanın giriş qapısındakı yazıya görə, qüllə 1827-ci ildə Silistra mütəssərrifi Mehmed Paşa tərəfindən 5 mərtəbəli olaraq inşa edilmişdir. Balıkesir saat qülləsi quruluş etibarilə Qalata qülləsinə bənzədilir. Saat qülləsi 1897-ci ildə baş verən zəlzələ nəticəsində dağılıb. Qüllə 1901-ci ildə mütəssərrif Ömər Əli bəy tərəfindən yenidən inşa edildi. 1962-ci ildə isə üzərindəki yazı bərpa edildi.
Memarlıq xüsusiyyətləri Beş mərtəbədən ibarət inşa edilən qüllənin hündürlüyü 20 metrdir. Xudavəndigar salnaməsi və Ircıcanın arxivindən əldə olunan şəkillərlə bugünkü inşa edilən qüllə arasında heç bir fərqin olmaması, qüllənin orijinalına uyğun şəkildə inşa edildiyini göstərir.
Hal-hazırda 27 noyabr 2013-cü ildə Zərbxana və Möhür mətbəəsi baş direktorluğu tərəfindən hazırlanan və 27 noyabr 2015-ci ildə satışı dayandırılan Balıkesir saat qülləsi xatirə sikkəsi çap edildi.
İstinadlar
Kateqoriya:Türkiyə tikililəri