Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar.
Ermənilər tərəfindən Vardadzor adlandırılır.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Toponimikası XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir.B. Budaqov, Q. Qeybullayev, "Yuxarı Qarabağın Toponimləri", Bakı, 2005
Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.
Əhalisi 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pircamal kəndinin əhalisinin faktiki sayı 155 nəfər, qeydiyyatdakı əhalinin sayı 193 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali — səh. 10.
Həmçinin bax
Pirlər
İstinadlar
Kateqoriya:Xocalı rayonunun kəndləri