Saleh Tağı oğlu Salahzadə () — Azərbaycan idman jurnalisti, ssenarist, teatrşünas, rejissor.

Həyat və fəaliyyəti Saleh Tağı oğlu Salahzadə 26 avqust 1953-cü ildə Laçında anadan olub. Orta təhsilini Xocalı və Ağdamda alıb. Hərbi xidmətdə ikən Leninqrad Xüsusi Hərbi Müxbirlər Məktəbini bitirib. 1975-ci ildən Bakı Dəniz Limanında doker-mexanizatorSevinc Mürvətqızı. "Bu yaşdan boylanıb geriyə baxanda". //525-ci qəzet.- 2008.- 30 avqust, səh. 21, "Bakıbaştikinti"də nəqliyyat sxeminin ustası və texniki təchizat şöbəsinin rəisi, "Xəzərdənizneft" İstehsalat Birliyinin "Neft Daşları" DNQÇİ-də qazmaçı köməkçisi, tərbiyəçi müəllim kimi müxtəlif vəzifələrdə çalışıb.

1979–1983-cü illərdə Neft Daşlarında fəaliyyət göstərən "Xəzərfilm" kinostudiyasının rejissoru və bədii rəhbəri olmuşdurBayram Afurcalı. "Mənim tanıdığım Saleh". //Bütöv Azərbaycan.- 2012.- 24–31 oktyabr, səh. 12.

1989-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Gənclik", "Tədris-maarifliçilik", "Hərbi vətənpərvərlik", "İctimai-siyasi" proqramlar redaksiyalarında müxbir, redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb"Qaraçorludan Laçınadək". //Azad Azərbaycan.- 2009.- 3 fevral, səh. 7. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin böyük redaktoru olub.

ATƏT-lə və BBC-nin birgə layihəsi olan "Müharibə və seçkilər şəraitində jurnalist işi" xüsusi kursunu bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin İctimai-siyasi proqramlar və Hərbi vətənpərvərlik baş redaksiyalarında, eləcə də "Bakinski raboçi" qəzetinin cəbhə bölgəsi üzrə xüsusi müxbiri kimi döyüşlərdən proqramlar, materiallar hazırlayarkən dəfələrlə təhlükə ilə üzləşmiş və xəsarət alıb.

Azərbaycanda ilk müstəqil teleradio yayımı şirkətlərindən olan İCBC "SARA"-nın baş redaktoru, "Bakılı" PFK-nın vitse-prezidenti, "AssA-İrada" İnformasiya Agentliyində və "Azernews" qəzetinin redaktoru kimi çalışıb. Azərbaycanda ilk müstəqil idman jurnalı olan "Sportsman"ın baş redaktoru və direktoru vəzifələrində işləyib. "Yeni hakimiyyət" ictimai-siyasi hüquq qəzetinin ictimai əsaslarla baş məsləhətçisi, "Mədinə" ictimai-publisistik jurnalının baş redaktoru olub. Mütəmadi olaraq respublikanın kütləvi informasiya vasitələrində öz aktual yazıları ilə çıxış edib.

"Bakı", "Ədəbiyyat və incəsənət", "Xalq", "Ekran-efir", "Neft Daşları", "Azərbaycan gəncləri", "İlham", "Bakinski raboçi", "Vışka" qəzetlərində, "Açıq söz" , "Нефтянник" (Moskva), "Brend dünyası" jurnallarında , "Adi cinayət işi" , "Ləqəbi Lukaçdır", "Qərib cinlər diyarında", "And dağları üzərində zülmət", "Soyuq divarlar arasında iki saatlıq", "Qodo həsrəti", "Adını mən verdim" kinofilmlərinə resenziyaİltifat Mirzəbəyli. "Adını mən verdim…" (Türkiyə Cümhuriyyətinin 75 illiyi ərəfəsində çəkilmiş bir film barədə). //Xalq.- 1998.- 29 iyul, səh. 4, İsmayıl Dağıstanlı, Ağahüseyn Kərimov, Hacıməmməd Qafqazlı, Hamlet Xanızadə, Hacı İsmayılov, Rafiq Əzimov, Akif Əli, İlham Namiq Kamal və digər tanınmış kinoaktyorlar, sənət adamları haqqında portret oçerklərinSaleh Salahzadə. "Allahın bəxtəvər bəndəsi". //Ulduz.- 2014.- № 1, səh. 50, "Оглянись к истокам своим", "Bu sirli-sehrli qutu", "Мухаммед Физули, как театральный критик", "Охотник, поэт, Гражданин Самед" kimi analitik yazıların müəllifidir. Hal-hazırda "Brend dünyası" jurnalının baş redaktorudur.

Rejissor Vasif Babayevlə Amerika Hüquqşünaslar Assosiasiyasının sifarişi ilə çəkilmiş filmin ssenaristidir. Rejissor Yalçın Əfəndiyevlə Azərbaycan–Türkiyə diplomatik münasibətləri tarixindən bəhs edən "Qayıdış" filminin, eləcə də Neftçilər Xəstəxanasının 50 illiyinə həsr olunmuş kinosalnamənin ssenari müəllifidir. Ssenari müəllifi və rejissoru olduğu "Sahil yaxınlaşır", "Dəniz üzərində bağ", "Müdhiş oyunlar" və "Bioenerji və kainatın sirləri" filmləri müxtəlif vaxtlarda "Kinomarina", UNİKA beynəlxalq festivallarının müxtəlif mükafatlarına layiq görülüb.

"Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri" təşkilatının baş katibidir. Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının"5 il sizinlə". //Sportsman.- 2009.- yanvar, səh. 33, Siyasi-Məhbus Problemi üzrə vətəndaş Nəzarəti Şurasının və Azərbaycan "Bilik" cəmiyyətinin, 2006-cı ildən Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdürAzərbaycan Respublikası Əsilzadələr Məclisini. Şəhadətnamə № 614.

Mükafatları 2006, 2007, 2008-ci illərin yekunlarına görə Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən fəxri fərman və diplomlarla təltif edilib.

2010-cu ildə "İlin ən yaxşı idman jurnalisti" adına layiq görülüb. 26 avqust 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Filmoqrafiya Xəzərin qara qızılı (film, 1981) — redaktor Sahil yaxınlaşır (film, 1982) — redaktor Dəniz üzərində bağ (film, 1983) — rejissor, ssenarist Müdhiş oyunlar (film, 1983) — rejissor, ssenarist Baykaldan Amura yol (film, 1984) Səlim Həqqi Dünyası (film, 1991) — rejissor, ssenarist Yuğ yuğlama (film, 1991) — ssenarist Qəlbimizdə bir ad yaşar (film, 1992) — ssenarist Hamı bəxtəvər sanır, amma… (film, 1992) — rejissor, ssenarist Meydan (film, 1992) — rejissor, ssenarist (üç hissəli; İsmayıl Ömərov və Azad Məmmədovla) Qarabağ şahinləri (film, 1992) — rejissor, ssenarist (Adil Əsədovla) Onların suçu nədir? (film, 1992) — rejissor, ssenarist (Adil Əsədovla) Buradan bir atlı keçdi (film, 1992) — ssenarist Vətən mənə oğul desə (film, 1992) — ssenarist Əgər yaşasaydı (film, 1992) — ssenarist Son qumbara (film, 1992) — ssenarist Bumeranq (film, 1992) — ssenarist Pirlərə aparan yol (film, 1993) — redaktor Atikva dostluq deməkdir (film, 1994) — redaktor Qayıdış (film, 1998) — ssenari müəllifi Xocalının son günləri (film, 1999) — rejissor, ssenarist Doktor Mahmudəli Çöhrəqani siz kimsiniz?! (film, 1999) — rejissor, ssenarist Siz bunu bilmək istəyirsiniz (film, 1999) — rejissor, ssenarist Bioenerji kainatın sirləri (film, 2001) İşdə cinsəl zorakılıq (film, 2002) — ssenari müəllifi Qız uşaqlarının təhsil problemləri (film, 2002) — ssenari müəllifi Qadına qarşı şiddət (film, 2002) — ssenari müəllifi Ailə tərbiyəsi, serebral iflic xəstəlikli uşaqlar və QHT (film, 2002) — ssenari müəllifi Uşaqların bədii-estetik tərbiyəsi (film, 2002) — ssenari müəllifi

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan teatrşünasları