Kiçiktохum bilаkunаriyа (At boyanası) - (lat. Bilacunaria microcarpa)
Qısa morfoloji Çoxillik, hündürlüyü 100-150 sm, çılpaq, bəzən qısatüklü, möhkəm, gövdəsi qabırqalı, qarşılıqlı və ya köbəvari budaqlı bitkidir. Kökyanı iri yarpaqları uzunsov-yumurtavari, uzun saplaqlı, gövdəyanı yarpaqları nisbətən kiçik oturaqdır, 2-6 sm ölçüdə hissələrə bölünmüşdür. Çətirləri 7-12 şüalıdır. Sarğı və sarğıcıqların yarpaqcıqları qısa, düz lansetvari, ucubiz, ləçəkləri sarıdır. Meyvələri 3–5 mm uzunluqda, uzunsovkürəvari, yoğun alçaq ziyilvari qabırqalıdır.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
Yayılması Kiçiktoxum bilakunariya BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Abşeron, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru gilli, daşlı yamaclarda bitir.Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.
İstinadlar
Kateqoriya:Bitkilər Kateqoriya:Azərbaycan florası