Daşbulaq — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd, Daşbulaq kənd inzibati ərazi dairəsinin mərkəzi.
Tarixi 1990-cı illərin əvvəllərindən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və separatçı rejim tərəfindən Astxaşen adlandırılırdı. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 1. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Daşbulaq çayı Xocalı rayonu ərazisində çay. Çay öz adını eyniadlı bulaqdan almışdır. Hidronim daş (daşlıq) və bulaq (su obyekti) sözlərindən düzəlib, "daşlı yerdən çıxan bulaq" mənasındadır.
Daşbulaq dağı Xocalı rayonu ərazisində dağ. Dağ öz adını eyniadlı bulaqdan almışdır.
Həmçinin bax Xocalı soyqırımı
İstinadlar
Kateqoriya:Xocalı rayonunun kəndləri