Şandor (Aleksandr) Sabo (, ; ) — macar, çexoslovak və amerika güləşçisi, Avropa çempionu.

Həyatı 1906-cı ildə Koşitsedə doğuldu, hansı ki, o vaxtı Avstriya-Macarıstana aid idi, Birinci Dünya Müharibəsindən sonra isə yeni dövlət Çexoslovakiyanın ərazisində oldu; milliyyətcə macar idi. 1925-ci ildə Çexoslovakiya çempionu oldu. 1926-cı ildə Avropa Çempionatının gümüş medalına sahibi oldu. 1927-ci ildə Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında iştirak etməli idi, amma idman nazirliyi seçimi onun xeyirinə etmədi.

1929-cu ildən Budapeştə yaşadı və orada amerikalı sahibkalarının təklif etdiyi peşəkar güləşçi karyerasına başladı. Həmin il Hamburqdan Nyu-Yorka köçdü və çoxillik peşəkar karyerasına başladı.

İstinadlar

Xarici keçidlər Şandor Sabo — International Wrestling Database saytında profili (inq.) Kateqoriya:Macarıstandan ABŞ-yə mühacirət edənlər