Qabil Abbas oğlu Rüstəmov () — 2008-2021-ci illərdə "Lent.az" informasiya agentliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Pressklub.az saytının baş redaktoru

Həyat və fəaliyyəti Qabil Abbasoğlu 1968-ci il dekabr ayının 16-da Beyləqan rayonunun Eyvazalılar kəndində dünyaya gəlib.

1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə mühəndis-mexanik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək, jurnalist fəaliyyətinə başlayıb.

1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub. 1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib.

2005-ci ilin yanvar ayına qədər "Yeni Müsavat", həmin ilin fevral ayında isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib.

2008-ci ilin iyun ayında Lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub.

2021-ci ildən Pressklub.az saytının baş redaktorudur. Ailəsi Ailəlidir, iki oğlu var.

Mükafatları 20 iyul 2015–сi il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mətbuatında göstərdiyi xidmətlərə görə ona ’’Əməkdar jurnalist’’ fəxri adı verilib. 14 mart 2018-ci ildə Qabil Abbasoğlu jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli Ali Media Mükafatına layiq görülüb.

İstinadlar

Xarici keçidlər 45 yaşlı Qabil Abbasoğlu: “O məşhur suala cavabım budur: yenidən həyata gəlsəm...” - Müsahibə “Saçlarım 25 yaşdan ağarmağa başladı...” - Qabil Abbasoğlu

Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri