Forsaj 3: Tokio Drifti () — 16 iyun 2006-cı ildə yayımlanmış, rejissoru Justin Lin, ssenaristi Kris Morqan tərəfindən edilmiş Forsaj filmlər seriyasının üçüncü filmi.
Mövzu 17 yaşlı Şon Bosvell, qanunsuz küçə yarışları ilə maraqlanan bir yeniyetmədir. İştirak etdiyi yarışlar həmişə qəzalarla nəticələndiyindən polislə problemlər yaşayır və anası oğlunun həbsxanaya getməsindən qorxduğu üçün, onu Tokioda yaşayan hərbçi atasının yanına göndərir. Özünü tamamilə fərqli bir mədəniyyətin içində görən Şonun Tokiodakı cansıxıcı həyatı, Tvinki ilə tanış olduqdan sonra dəyişməyə başlayır. Tvinki sayəsində o, qəfildən Tokionun drift yarışlarında iştirak etməyə başlayır. Bu yarışlar onun əvvəllər alışdığı küçə yarışlarından çox fərqlidir.
Əlavə: Serianın bu filmi digər filmlərdən fərqlidir və vaxt etibarilə də onlardan qabaqdadır. Təxminlərə görə bu filmdə baş verən hadisələr zaman etibarilə Forsaj 6 filmindən sonrakı hadisələri əhatə edir. Bəzi epizodları ilə isə 6-cı bölümü 7-ci bölümə bağlayır.
İstinadlar
Kateqoriya:Forsaj Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:Yaponca filmlər Kateqoriya:Yakuza filmləri Kateqoriya:2006-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Arizonada çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Tokioda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:Bəstəkar Brayn Taylerin filmləri Kateqoriya:Relativity Media filmləri Kateqoriya:2000-ci illərin təqib filmləri Kateqoriya:Original Film filmləri