İsmayıl Əhməd Cövdət oğlu HacıyevNight of Azerbaijani music held in Canada . News.az. 28 August 2010. Retrieved on 9 September 2010. () — Azərbaycan-Kanada dirijor və bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan bəstəkarı Cövdət Hacıyev və məşhur rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub.

Həyatı İsmayıl Hacıyev 1973-cü ildə Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasını görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin sinfində fərqlənmə diplomu ilə başa vurub.

1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü olub. Bu illərdən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başladı. İsmayıl Hacıyev 1975-1981-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının Opera və simfonik bəstəkarlıq ixtisası üzrə professor İlya Musinin, Marinski Teatrının direktorunun və Nyu-Yorkda Metropoliten-operanın baş qonaq dirijoru Valeri Gergiyevin sinfini bitirib. Məzun olduqdan sonra Sankt-Peterburq Filarmoniyasının simfonik orkestrinin bədii direktoru Yevgeni Mravinskinin köməkçisi kimi fəaliyyətini davam etdirib. Məhz bu dövrlərdə Hacıyev çıxışlarının bir çoxunu qeydə almağa başlayır.

İstinadlar

Xarici keçidlər Toronto İpək Yolu Orkestri

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycandan Kanadaya mühacirət edənlər Kateqoriya:XX əsr Azərbaycan bəstəkarları