Tofiq Teymur oğlu Musayev () — Azərbaycan MMA idmançısı. Bellator MMA-nın yüngül çəki dərəcəsində yarışır, Azərbaycan MMA və Qrapplinq Federasiyasının vitse-prezidentidir. 22 noyabr 2022-ci ildən Bellator Yüngül Ağırlıq Reytinqində 3-cüdür.

Həyatı Tofiq Musayev 15 dekabr 1989-cu ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olmuşdur. Əslən Bolnisi bələdiyyəsinin İncəoğlu kəndindəndir. 12 yaşında karate ilə məşğul olmağa başladı və 23 yaşında peşəkar döyüş sənətində debüt etdi. 2007–2011-ci illərdə İdman Akademiyasını bitirmişdir. Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.https://mmaboxing.ru/fighters/mma/tofiq-musayev-113849.html

"TurStat"ın hesablamalarına görə 2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurməhəmmədov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Məhəmmədşərifov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar.

Tofiq Musayev UFC ilə rəsmi müqavilə bağlayıb O, 21 iyun 2025-ci ildə UFC-də debüt qarşılaşmasına çıxmış və Mıktıbek Orolbaya məğlub olmuşdur.

2025-ci il dekabr ayında Azərbaycan MMA və Qrapplinq Federasiyasının vitse-prezidenti seçilib.

Vətən müharibəsində iştirakı Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının ehtiyatda olan leytenantı Tofiq Musayev müharibənin ilk günlərindən ön xətdə fəal iştirak edib. O, hətta Zəngilan rayonunda düşməninin atıb qaçdığı silah-sursat yeşiyini ələ keçirib.

Statistikaları 23 qələbə, 6 məğlubiyyət yaşayan idmançının karyera statistikalarıː NəticəRəqibTurnirTarixMetodRaundDəqiqəQələbə (23–6)Ignacio BahamondesUFC Fight Night: Adesanya vs. PyferMart / 29 / 2026Decision (Yekdil qərar)35:00Məğlub (22–6) Myktybek OrolbaiUFC on ABC: Hill vs. Rountree Jr.İyun / 21 / 2025Submission (kimura)14:35Qələbə (22–5)Koji TakedaRizin Landmark 7Noyabr / 4 / 2023KO (Zərbələr)32:03Qələbə (21–5)Akira OkadaSuper Rizin 2İyul / 30 / 2023KO (Zərbələr)21:11Məğlub (20–5) Alexander ShabliyBellator 292 — Usman Nurmagomedov vs. Benson HendersonMart / 10 / 2023TKO (Zərbələr)34:28Qələbə (20–4)Sidney OutlawBellator 283 — Douglas Lima vs. Jason Jacksonİyul / 22 / 2022TKO (Zərbələr)10:27Məğlub (19–4)Roberto Satoshi SouzaRizin FF — Rizin 28İyun / 13 / 2021Submission (Üçbucaqlı boğulma)11:12Qələbə (19–3)Patricky PitbullRizin FF — Rizin 20Dek / 31 / 2019Decision (Yekdil qərar)35:00Qələbə (18–3)Conni KeysRizin FF — Rizin 20Dek / 31 / 2019TKO (Zərbələr)12:47Qələbə (17–3)Damien BraunRizin FF — Rizin 19: Lightweight Grand Prix 1st RoundOkt / 12 / 2019TKO (Başa vuruş və zərbələr)14:14Qələbə (16–3)Daron KruykşankRizin FF — Rizin 16İyun / 02 / 2019Decision (Yekdil qərar)35:00Qələbə (15–3)Nobumitsu OsavaRizin FF — Rizin 14Dek / 31 / 2018TKO (Zərbələr)21:19Qələbə (14–3)Marif PirayevWFCA 48 — Zhamaldaev vs. Khasbulaev 2May / 04 / 2018TKO (Zərbələr)13:24Qələbə (13–3)Zurab BeterqarayevWFCA 45 — Grozny BattleFev / 24 / 2018TKO (Xəsarət yetirmə)21:23Qələbə (12–3)Murat KocatürkOrion Fight Arena — Spectacular Kickboxing-MMA GalaOkt / 21 / 2017TKO (Zərbələr)22:50Qələbə (11–3)Murad ŞahbanovWFCA 34 — Battle in MoscowFev / 25 / 2017TKO (Zərbələr)32:16Qələbə (10–3)Ayub FahimiAzerbaijan MMA Federation — Azerbaijan vs. IranDek / 31 / 2016KO (Zərbələr)13:56Qələbə (9–3)Ooi Aik TongCWFL — Chinese Wushu Fight Leagueİyun / 05 / 2016TKO (Zərbələr)11:35Qələbə (8–3)Jiang TaoCWFL — Chinese Wushu Fight Leagueİyun / 05 / 2016TKO (Zərbələr)13:52Qələbə (7–3)Yincang BaoInternational Kungfu Championship: Matan Tesco CupNoyabr / 27 / 2015TKO (Zərbələr)13:55Qələbə (6–3)Şamil MaqomedzagidovAzerbaijan MMA Federation — National Open CupOkt / 02 / 2015KO (Zərbə)13:42Qələbə (5–3)Maqomed AlkuliyevSOW — Selection of WarriorsSent / 18 / 2015KO (Zərbə)12:53Məğlub (4–3)Aigun AkhmedovNS — New StreamOkt / 31 / 2014Decision (Yekdil qərar)25:00Qələbə (4–2)Said XalilovMMA Star in the Ring — Guseinov vs. Kalychİyun / 13 / 2014TKO (Zərbələr)13:33Məğlub (3–2)Yevgeni LaxinSiberian League — Pankration in YugraApr / 20 / 2014Submission (Üçbucaqlı boğulma)11:12Qələbə (3–1)Musulman MuslimovMMA Star in the Ring — Shamil vs. RenatMart / 01 / 2014TKO (Zərbələr)1N/AMəğlub (2–1)Muxamed BerxamovOC — Oplot Challenge 90Noy / 30 / 2013Submission (Anakonda boğması)14:09Qələbə (2–0)Emilbek BeknazarovOC — Oplot Challenge 80Sent / 21 / 2013Submission (Arxadan boğma)13:26Qələbə (1–0)"Yavuz Selim" KazanciAzerbaijan MMA Federation — Azerbaijan vs. TurkeyMay / 28 / 2013Submission (Daban Qarmaq)12:33

Uğurları frameless|16x16px (1) RIZINFIGHTING WORLD GP 2019 — Yüngül çəki üzrə çempion 2022-ci ilin nəticələrinə görə Bellator döyüş təşkilatının ən yaxşı debütantı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sahildə doğulanlar Kateqoriya:Azərbaycan döyüşçüləri