Kompyen meşəsi — Fransanın Pikardiya bölgəsində Kompyen şəhəri yaxınlığında yerləşir. Meşənin ümumi sahəsi 144,85 km²-dir.

Meşənin hərbi tarixi Meşədən keçən dəmir yolunda iki dünya müharibəsinin iki barışıq müqaviləsi imzalanmışdır:

"Birinci Kompeyn barışığı" olaraq bilinən Birinci Dünya müharibəsinə son verən Antanta və Almaniya arasındakı barışıq. 1940-cı il iyunun 22-də İkinci Dünya müharibəsi əsnasında Fransa ilə Nasist Almaniyası arasında imzalanmış barışıq sazişi.

Abidələr "Elzas-Loringiya" memorialı: qılınc (Antantanı simvolizə edir), düşən qartalı vurur (Almaniyanı simvolizə edir). Ferdinand Foşun heykəli Fransız dilində yazısı olan barışıq imzalandığı yerdə xatirə lövhəsi: "Burada, 11 noyabr 1918-ci ildə, Alman İmperiyasının cinayətkar qüruru süquta uğradı, əsarət altına almağa çalışdığı azad xalqlar tərəfindən məğlub edildi" (). Bu xatirə lövhəsi sökülərək 1940-cı ildə Almaniyaya aparılmışdır, lakin İkinci Dünya müharibəsindən sonra geri qaytarılmışdır. Barışığın imzalandığı qatarın vaqonunun sürəti (İkinci Kompeyn barışığından sonra Berlinə aparılan vaqon, müttəfiqlərin bombardmanı zamanı məhv edilmişdir)

Kateqoriya:Fransa meşələri Kateqoriya:Fransa Coğrafiya Cəmiyyəti Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:İkinci Dünya müharibəsi