Xəmsə əlyazması М-462 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır.

Xüsusiyyətləri Əlyazmasının mətni dörd sütun şəklində mirvari kalliqrafik nəstəliq ilə yazılmış və və müxtəlif rəngli xətlərlə çərçivəyə alınmışdır. Başlıqlar mavi mürəkkəb ilə yazılmışdır. Əlyazmasının səhifələri noxud rəngli parlaq şərq kağızıdır. 1b — 8b, 351a — 356b səhifələri restavrasiya edilmişdir. 15–16, 139–140, 146–147 səhifələrində lakunalar var, əlyazmasının sonunda isə bir neçə səhifə isə çatışmır. Əlyazmasının ölçüləri 17 × 27 sm-dir.

Daha sonrakı dövrə aid üzlük qalın kartondan hazırlanmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XVIII əsrə aid edilir.

İstinadlar

Ədəbiyyat Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов. — Элм, 1979. — С. 92.

Kateqoriya:AMEA Əlyazmalar İnstitutunun kolleksiyası Kateqoriya:Miniatürlü Azərbaycan əlyazmaları Kateqoriya:Əlifba sırasına görə miniatürlü əlyazmalar Kateqoriya:Xəmsə Kateqoriya:XVIII əsr əlyazmaları