Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi.

Memarlıq xüsusiyyətləri

İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir.

Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir. Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi.

</center> İstinadlar

Ədəbiyyat

Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri