() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3-ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5-7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18-20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.

Yayılması Böyük Qafqazın qərb hissəsinin rayonlarında orta (nadir hallarda) və yuxarı dağ qurşaqlarında yayılmışdır. Dağ çəmənləri, əsasən subalp çəmənlərində bitir.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax