Koreya Nəqliyyat İnstitutu — Cənubi Koreyanın Baş nazirliyinə tabe olan araşdırma mərkəzi. İnstitutda tədqiqatlar Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi və yerli hökumət orqanlarının sifarişi ilə aparılır. 2014-cü ilin dekabrında mərkəz Secon şəhərindəki Koreya Milli Tədqiqat Kompleksinə köçürülmüşdür. 250px|thumb|right|Secon Milli Tədqiqat Kompleksi 250px|thumb|right|Koreya Nəqliyyat İnstitutunun Koyan şəhərində yerləşən binası

Tarixi İnstitut 1985-ci ilin noyabr ayında qəbul edilmiş Mülki Aktın 32-ci maddəsi əsasında yaradılmış və 1987-ci ilin avqustunda Şəhər nəqliyyatının tənzimlənməsinin təşviqi haqqında Qanunun 24-cü maddəsi əsasında rəsmi olaraq fəaliyyətə başlamışdır. 1999-cu ildə İqtisadi, Humanitar və Sosial elmlər üzrə Milli Tədqiqat Şurasına qoşulmuş və Koyan şəhərində yerləşən İnşaat və Nəqliyyat Tədqiqat Kompleksinə köçmüşdür. 2014-cü ildən Secon şəhərində fəaliyyət göstərir. 2017-ci ilin dekabrından prezidenti OH Cehakdır. Cehak İnstitutun 14-cü prezidentidir. Daha öncə LEE Çenq Vun həmin postu tutmuşdur.

Strukturu Koreya Nəqliyyat İnstitutunun 99-u fəlsəfə doktoru və 230 nəfəri tədqiqatçı olmaqla, 300 nəfər işçisi var. Prezidentin rəhbərliyi altında 9 departament, 22 bölmə fəaliyyət göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Asiya İnkişaf Bankı və Dünya Bankı ilə tədqiqat mübadilə proqramları mövcuddur.

İnstitutda aşağıdakı departamentlər fəaliyyət göstərir: Dördüncü Sənaye İnqilabı və Nəqliyyat Departamenti Hərtərəfli Nəqliyyat Departamenti Yol Nəqliyyatı Departamenti Dəmiryol Nəqliyyatı Departamenti Aviasiya Departamenti Logistika Departamenti Milli Nəqliyyat İnformasiya Bazası Departamenti Qlobal Nəqliyyat Əməkdaşlığı Departamenti Planlaşdırma və Administrasiya Departamenti

İstinadlar

Kateqoriya:Cənubi Koreyada nəqliyyat Kateqoriya:1985-ci ildə yarananlar