Əlincəçay — Azərbaycan Respublikası, Culfa rayonunda çaydır.

Çay Araz çayının sol qolu, Naxçıvan MR-in üçüncü əsas çayıdır.

Ümumi məlumat Əlincəçay Xəznədərəçayla Ləkətağsuçayın irləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 metr yüksəklikdən götürüb 695 m yüksəklikdə, Gülüstan kəndi yaxınlığında Araza tökülür. Uzunluğu 61,6 km, sutoplayıcı sahəsi isə 600 km²-dir.

Dərəsi yuxarı axında bir qədər dar və dərin, orta və aşağı axında isə geniş və dayazdır.

Araza qovuşduğu yerdə dayaz yarğanla axır. Əsas qolları Xoşkeşinçay, Zoğalçay, Xəznədərəçay və Gəvikçaydır.

Qidalanması Əsasən yeraltı, qar, qismən də yağış suları ilə qidalanır.

İstinadlar

Həmçinin bax

Culfa rayonu Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları