Bahodir Odimdjonoviç Nəsimov (özbək: Bahodir Nasimov) — Soqdiana futbol klubunda hücumçu mövqeyində oynayan özbək futbolçusu.https://web.archive.org/web/20120328090244/http://uzfootball.uz/index.php?do=static&page=nasimov_b
Karyerası
Klub karyerası
Dinamo Səmərqənd Nəsimov karyerasına "Dinamo Səmərqənd" də başlayıb və 2007-ci ildə Özbəkistan Liqasında debüt edib. Dinamo ilə işlədiyi müddətdə 58 matçda 22 qol vurdu və 2009-cu ildə, "Bunyodkor" da icarə əsasənda çıxış etnətə başladı. Burada o, 16 matçda iki qol vurdu.
Neftçi Bakı 2010-cu ildə Nəsimov, üç illik müqavilə ilə, açıqlanmayan haqq müqabilində Rusiya Premyer Liqasının çempionu "Rubin Kazan" a transfer edildi.https://web.archive.org/web/20100224060416/http://rubin-kazan.ru/press-center/news/clubnews/15031/ Azərbaycan Premyer Liqası klubu "Neftçi Bakı" ya 2010/11 mövsümü üçün icarəyə göndərildikdən əvvəl "Rubin" də iki oyunda çıxış edib.
Nəsimov "Neftçi" nin altıncı dəfə Azərbaycan çempionu olmasında böyük pay sahibidir. O, 28 oyunda 15 qol vuraraq klubun 2010/11 mövsümünün bombardiri oldu. 2011/12 mövsümündə Nəsimov 16 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu oldu və Bakı "Neftçi" sinin 7-ci çempion tituluna mühüm töhfə verdi.
3 avqust 2013-cü il tarixində, 2013/14 Azərbaycan Premyer Liqasının ilk oyun günündə "Neftçi" nin AZAL-a qarşı keçirdiyi oyunda Nəsimov yeni mövsümdəki ilk qolunu və zədəsindən sonra ilk qolunu vurdu. "Neftçi Bakı"da 32-ci qolunu vurdu və klubun ən yaxşı xarici hücumçusu seçildi.
"Neftçi" klubunda 3 mövsüm bombardir olan Nəsimov, bu klubda 86 oyunda 38 qol vurmuşdur.https://web.archive.org/web/20130808063609/http://www.1news.az/sport/football/20130805090004327.html
Padideh 31 oktyabr 2014-cü ildə Nəsimov İran Pro Liqasında iştirak edən Padideh klubu ilə üçün yeni bir müqavilə imzaladı. Həzfi Kubokunda komandası 27 oktyabr 2014-cü ildə "Traktor" ilə qarşılaşdı. Oyun penaltilər seriyasında qədər davam etdi. 2015-ci ilin fevralın 6-da keçirilən "Padideh — Traktor" matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Maraqlısı budur ki, Nəsimov İranda 2 qol vurub və hər ikisini "Traktor" klubunun qapısına.
Keşlə 10 iyul 2018-ci ildə Nəsimov Keşlə FK ilə bir illik müqavilə imzaladı.
Beynəlxalq karyerası Nəsimov Özbəkistan milli komandası ilə 2011-ci il Asiya Kubokunun seçmə mərhələsində 18 noyabr 2009-cu ildə Malayziyaya qarşı oyunda debüt etdi və 3–1 hesablı qələbə qazandığı matçda həm də ilk qoluna imza atdı vurdu. Dördüncü matçında Nəsimov, 2014 FİFA Dünya Kubokunun seçmə mərhələsinin üçüncü mərhələsinə yüksəlmək üçün 28 iyul 2011-ci il tarixində Qırğızıstana qarşı keçirilmiş 3–0 hesablı qələbədə iki qol vuraraq dubl etdi.
Mükafatları
Klub mükafatları
Azərbaycan Premyer Liqası frameless|16x16px Qızıl (3)ː 2010/11, 2011/12, 2012/13
Azərbaycan Kuboku frameless|16x16px Qızıl (2)ː 2012/13, 2013/14 frameless|16x16px Gümüş (1)ː 2011/12
İstinadlar
Kateqoriya:Səmərqənddə doğulanlar Kateqoriya:Özbəkistan futbolçuları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Fars körfəzi pro-liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:İranda legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular