Qaraqoyunlular () — 1375–1468-ci illərdə hal-hazırkı Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə, Küveyt, İraq və İran ərazilərində hakimiyyətdə olmuş, Baranilər sülaləsi tərəfindən idarə edilən türkman-oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqı və dövlət.

Qaraqoyunlu bəyliyinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Qaraqoyunluların imperiyaya çevrilməsi isə Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə mübarizə aparan Qara Yusif Azərbaycan, Şərqi Anadolu, Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən imperiya yaratmağa nail oldu.

Qara Yusifin oğlu Qara İsgəndər dövründə Teymurilərlə mübarizə Qaraqoyunluların zəifləməsi ilə nəticələnsə də, ondan sonra hakimiyyətə gələn Cahanşah dövründə Qaraqoyunlular qüvvətlənərək sərhədlərini genişləndirdilər və hakimiyyət sahələrini Xorasana qədər yaya bildilər.Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.123.

Cahanşahın 1467-ci ildə Səncəq döyüşündə Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlu taxtına Həsənəli mirzə və ardınca Yusif mirzə çıxdı. Lakin hər iki şəhzadənin Ağqoyunlular tərəfindən məğlub edilərək öldürülməsi Qaraqoyunluların süqutu ilə nəticələndi.

Sülalənin mənşəyi

Qaraqoyunlular oğuz-türkman əsilli tayfa ittifaqıdır. Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkmaniyyə" və "Tarixi Sultan Qütbşahi" əsərlərində onların 1202–1203-cü ildə Qara Yusifin 7-ci ulu babası, oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstandan İrana, Azərbaycana və Şərqi Anadoluya gəlməsi göstərilir.Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.12.

Sədli, Baharlı, Duharlı, Qaramanlı, Alpavut, Çəkirli, Ayınlı, Hacılı, Ağaçəri, Döyər, Bayramlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olan tayfalar idilər.Çay. A. Karakoyunlular.s.344. Qaraqoyunluların "Baranlı" və "Baharlı" sülaləsininKitâb-ı Cihan-Nümâ.s. 821Cevâhirü‘l-ahbâr. s. 63Lübbü‘t-Tevârîh. s. 210 mənşəyi oğuzların Yıva boyundandır. "Baranlı" sözü "baranqar" sözündən yaranmışdır, bu sözün də mənası qədim türk dilində "sağ qol" mənasına gəlir ki, bu da oğuz tayfalarından Üç oxların sağ qolunu təşkil etmək deməkdir.Şükrullah, s. 137Qaraqoyunlu dövləti XV əsr Osmanlı tarixçisi Mövlana Şükrullah "Behcətüt-Təvarix" əsərində yazır:

Oğuz xaqan dastanına görə Yıvalar oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi dörd oğuz bölüyündən dördüncüsüdür. Damğaları budur:40pxBesim Atalay, Divanü Lügati't-Türk, Türk Tarih Kurumu Basımevi, Cilt I, Ankara 2006, s. 57. ISBN 975-16-0405-2 "Yıva" sözünün mənası Qədim türk dilində "mərtəbəsi yüksək" mənasına gəlir.

Bəylik dövrü

Bayram xoca (1351–1380)

Elxani Əbu Səid Bahadur xanın 1335-ci ildə ölümündən sonra Elxani imperiyasını ara müharibələri bürüdü. Vəziyyətdən istifadə edən Sutayoğulları Barımbay və Hacı Toqay, Cəlairi Böyük Şeyx Həsənlə birləşərək hakimiyyəti ələ keçirdilər. Beləliklə, Sutayoğulları Vandan Ərzuruma və Mosula qədər əraziləri ələ keçirdilər.

Çox keçmədən Sutayoğulları arasında da ara müharibələri başladı. Belə ki, Barımbayın oğlu İbrahimşah atasının ölümündən sonra qiyam qaldıraraq Diyarbəkir və ətrafını ələ keçirdi. 1343-cü ildə əmisi Hacı Toqayı da öldürdükdən sonra İbrahimşah hakimiyyəti tamamilə ələ keçirdi.F. Sümer, Kara Koyunlular, s. 34. Bu mübarizələrdə Qaraqoyunlular Hacı Toqayın, Ağqoyunlular isə İbrahimşahın tərəfində idilər.Enver Konukçu, Selçuklulardan Cumhuriyete Erzurum, s.85.

Sutayoğlu İbrahimşahın 1350-ci ildə ölümündən sonra Sutaylı hakimiyyəti zəiflədi. 1351-ci ildə hakimiyyətdə onun xələfi Hüseyn bəy gəldi.F. Sümer, Kara Koyunlular, s. 38. Hüseyn bəy isə Mosul yaxınlığında, İmadiyəİmadiyə İraqın şimalında, bugünkü Türkiyə ilə sərhəddə yerləşən qəsəbədir. adlı yerdə Bayram xoca tərəfindən öldürüldü.Claude Cahen, "Contribution A L’Histoire Du Diyar Bakr Au Quatorzieme Siecle", s.78.F. Sümer, Kara Koyunlular, s. 39 Hakimiyyət boşluğundan istifadə edən Bayram xoca Vanı və Mosulu ələ keçirir.F. Sümer, Kara Koyunlular, s. 40.

Bayram xoca Elxanilərin tamamilə zəifləməsindən istifadə edərək Azərbaycan və Şərqi Anadoluda Qaraqoyunlu hakimiyyətini genişləndirməyə başladı. XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunlular Bayram xocanın rəhbərliyi altında Azərbaycanın cənub-qərb torpaqlarını — Xoyu, Naxçıvanı, Ağkilsəni və Sürməli bölgəsini ələ keçirmiş və Cəlairi hökmdarına vergi ödəməkdən imtina etmişdilər.Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.37 Ərətnalılarınİsmail Hakkı Uzunçarşılı, Anadolu Beylikleri, Ankara 1988 (4. bs.), s. 155–161Kemal Göde, Eratnalılar, Ankara 1994; K. Göde, "Eretnaoğulları", D. İ. A., c. XI, s. 295–296. da məğlub edilməsiylə Ərzuruma qədər böyük ərazilər Qaraqoyunluların əlinə keçdi.Sümer, Kara Koyunlular, s. 43

XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunluların qüvvətlənməsi onlarla sərhəddə yerləşən Cəlairiləri narahat etməyə başlamışdı. Bu səbəbdən sultan Hüseyn Cəlayır böyük orduyla Qaraqoyunluların üzərinə hücüma keçdi. Cəlairi ordusu Qara Məhəmmədin hakimlik etdiyi Ərcişi mühasirəyə aldı və Bayram xoca tərəfindən göndərilmiş ordunu məğlub etdi. Qara Məhəmməd asılılığı qəbul edərək bac verməyə məcbur oldu. Beləliklə, Cəlairi ordusu Bağdada qayıtdı.Hafız-ı Ebru, Zeyl-i Camiü’t-Tevarih-i Reşidî, nşr. Han Baba Beyanî, Tahran 1317/1938, s.203–204F. Sümer, Kara Koyunlular, s. 44

1380-ci ildə Bayram xocanın ölümündən sonra Qara Məhəmməd Qaraqoyunlu hökmdarı oldu.

Qara Məhəmməd (1380–1389)

Qara Məhəmmədin hakimiyyətinin ilk illərində Cəlairilər sülaləsi daxilində ara müharibələri başladı. 1382-ci ildə Şeyx Əli qardaşı sultan Əhməd Cəlayıra qarşı üsyan qaldırdı. Şeyx Əli ilə mübarizədə zəif olduğunu görən sultan Əhməd Qara Məhəmməddən kömək istədi. Onun bu istəyini qəbul edən Məhəmməd bəy, ordusunun sayca azlığına baxmayaraq Şeyx Əlinin ordusunu darmadağın etdi.Karakoyunlular. Doğu Anadolu, Azerbaycan, İran ve Irak 'ta hüküm süren Türkmen hanedanı (135 1–1469). Sultan Əhməd kömək əvəzində Qara Məhəmmədin hakimiyyətini tanıdı və onunla sülh bağladı. Qara Məhəmməd sultan Əhmədin qızıyla evlənərək Cəlairilərə qohum oldu və öz mövqeyini daha da gücləndirdi.Şahin Fərzəlibəyli. Azəbaycan və Osmanlı İmperiyası, səh.6.Nuriyeva İradə Tofiq qızı. Azəbaycan tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). səh.99.

Qara Məhəmməd 1383-cü ildə Suriyaya yürüş etmək məcburiyyətində qaldı. Belə ki, Cabə hakimi Salim bəy Mosul hacılarının yollarını kəsərək onları qarət etmişdi. 12 minlik orduyla Salim bəyin üzərinə hücuma keçən Qara Məhəmməd onu darmadağın etdi. Salim bəy döyüşdən qaçdı və Məmlüklərə sığındı. Qara Məhəmməd bu döyüşdən böyük qənimət əldə etdi.

Qara Məhəmməd 1384-cü ildə Mardin hökmdarı Məlik İsaya elçilər göndərərək qohumluq əlaqələri təklif etdi. Ancaq Məlik İsa bu təklifi qəbul etmədi. Bu səbəbdən Qara Məhəmməd Məlik İsanın üzərinə hücuma keçərək onu məğlubiyyətə uğratdı. Müqavimət göstərə bilməyəcəyini anlayan Məlik İsa bacısını Qara Məhəmmədlə evləndirdi. Beləliklə, sülh sazişi bağlandı və Qara Məhəmməd Ərcişə geri döndü.Qara Məhəmməd

1387-ci ildə Ağqoyunluların qarşısında davam gətirə bilməyən Ərzincan əmiri Müdahhardən Qara Məhəmməddən kömək istədi. Bu təklifi qəbul edən Qara Məhəmməd Ağqoyunlu Əhməd bəyi ağır məğlubiyyətə uğratdı.F. Sümer, Kara Koyunlular, s.49. Ağqoyunlular Qazi Bürhanəddinin himayəsinə girməyə məcbur oldular.F. Sümer, Kara Koyunlular, s.47–49.

1387-ci ildə Naxçıvan yolu ilə Anadoluya daxil olan Əmir Teymur, Qara Məhəmmədin oğullarından Misir xocanın əlində olan Avnik qalasını mühasirəyə aldı. Lakin qalanın möhkəm qorunduğunu görərək orada çox qalmadı və irəliləyərək Ərzuruma doğru yola düşdü. Ərzurum yaxınlığında Çapaqçur döyüşündə Qara Məhəmməd Əmir Teymurun qüvvələrini sıxışdıraraq geri çəkilməyə məcbur etdi.Tovına Metsobetsi'i's, History of Tamer(ane and His Successors, İng. tərc. R. Bedrosian), New York, 1987, s. 6 vd.Nizameddin Şamî, Zafername, çev. Necati Lugal, Ankara 1987 (2.baskı), s. 124F. Sümer, Kara Koyunlular, s. 49–50 Əmir Teymur dağlara çəkilmiş Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini başa düşərək Van yolu ilə İrana döndü.N. Şamî, Zafername, s. 125F. Sümer, Kara Koyunlular, s. 51F. Sümer, Selçuklular Devrinde Doğu Anadolu Türk Beylikleri, Ankara 1990, s. 60

1388-ci ildə Teymurun İrana doğru getməsindən və Cəlairi əmirləri arasındakı qarışıqlıqdan istifadə edən Qara Məhəmməd Təbrizə yürüşə başladı. Şəhərdəki Cəlairi qarnizonunu məğlub edən Qara Məhəmməd Təbrizi ələ keçirdiNəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. səh. 38. və öz adına pul zərb etdirməyə başladı.

Qara Məhəmməd 1389-cu ildə Pir Həsən bəy tərəfindən öldürüldü.F. Sümer, Kara Koyunlular, s. 53.

İmperiya dövrü

Qara Yusif (1390–1420)

thumb|Qara Yusif və Teymuri elçisi

Qara Pir Həsən bəyin də 1390-cı ildə ölümündən sonra hakimiyyətə Qara Yusif gəldi.Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.100. Qara Yusif 20 il Qaraqoyunlu xanədanlığına hökmdarlıq etmişdir. Həsən bəy Rumlu onun haqqında yazırdı: "Qara Yusif ibn Qara Məhəmməd son dərəcə cəsur, mərd və güclü olmuşdur. Belə ki, Əmir Teymurla dəfələrlə vuruşmuşdu və sultan Əhməd Cəlayırla birgə Ruma, oradan isə Şama getdi".Qızılbaşlar tarixi. s.15

Qara Məhəmməd Təbrizi ələ keçirdikdən sonra Çalıq bəyi şəhərə hakim təyin edərək geri dönmüşdü, lakin Qaraqoyunluların daxilində başlayan ara müharibələri şəhərin yenidən Cəlarilərin əlinə keçməsinə səbəb olmuşdu. Qara Yusif daxili ziddiyyətləri aradan qaldırdıqdan sonra, 1391-ci ildə Təbrizə yürüşə başladı və şəhər yenidən Qaraqoyunlu hakimiyyəti altına düşdü. Qara Yusif geri qayıtdıqdan sonra Cəlairi əmirlərindən Məhəmməd Siyahi şəhəri mühasirəyə alsa da, müvəffəqiyyətsizliklə üzləşərək geri çəkildi.S. Onullahi. XIII–XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi).s.61.Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.38.

1392-ci ildə Qara Pir Həsən bəyin oğlu Hüseyn bəy Qara Yusifə qarşı qiyam qaldırdı. Qara Yusif onu məğlub etdikdən sonra Təbrizə geri qayıtmağa məcbur oldu. Belə ki, Qara Yusifin başının Hüseyn bəyə qarışmasından istifadə edən Mahmud Xalxali adlı bir əmir Təbrizi ələ keçirmişdi. İkinci dəfə Təbrizə yürüş edən Qara Yusif şəhəri asanlıqla ələ keçirdi.

Həmin ildə Azərbaycana 2-ci yürüşünə başlayan Əmir Teymur 1393-cü ildə Şimali İraqı və Bağdadı tutdu. Qara Yusif və sultan Əhməd Əmir Teymura qarşı sülh müqaviləsi imzaladılar və birləşərək 1394-cü ildə Bağdada, Teymurun üzərinə hücuma keçdilər. Bağdad yaxınlığında baş vermiş döyüşdə Əmir Teymur qalib gəldi. Qara Yusiflə sultan Əhməd geri çəkildilər.Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası.s.5. Avnik qalasına üz tutan Əmir Teymur Qara Yusifin qardaşı Misir xocanı da məğlub edərək əsir götürdü.N. Şamî, Zafername, s. 185–186F. Sümer, Kara Koyunlular, s. 57–58Enver Konukçu, "Kara Koyunlular’ın Avnik Kalesi", Prof. Dr. İsmail Aka Armağanı, İzmir 1999, s. 38–40. Avniki sərkərdələrindən Atlamış bəyə verərək Toxtamışın üzərinə yollandı, lakin Qara Yusifi ələ keçirə bilmədi.

Əmir Teymurun geri dönməsindən istifadə edən Qara Yusif 1395-ci ildə Ərcişi geri aldı. Avnikə hücuma keçərək Atlamışı əsir götürdü.F. Sümer, Kara Koyunlular, s. 59 1399-cu Əmir Teymurun yürüşü Qara Yusifi yenidən geri çəkilməyə məcbur etdi.Sümer, Kara Koyunlular, s. 60 Sultan Əhməd də həmin ildə Qara Yusifin yanına — Mosula çəkildi. 1400-cü ildə müttəfiqlər İraqdan, Məmlüklərə sığınmaq üçün Suriyaya yola düşdülər, lakin Suriya hakimi Dəmirtaş onların yollarını kəsərək Məmlük torpaqlarına daxil olmağa icazə vermədi. Bu isə, tərəflər arasında döyüşə gətirib çıxardı. Baş vermiş döyüşdə Dəmirtaşın ordusu darmadağın edildi.