Özcan Yenicəri () — Türkiyə alimi və siyasətçisi
Həyatı Ankara Ticarət və Turizm Ali Təhsil məktəbinin mühasibat uçotu fakültəsini bitirib. Uludağ Universitetində magistr dərəcəsini və Erciyes Universitetində idarəçilik ixtisasından doktorluq dərəcəsini müdafiə edib. Bir müddət orta məktəbdə ibtidai müəllim və rəhbər vəzifəsində işləyib. 1990-cı ildə Selçuk Universiteti İqtisadiyyat və İdarəçilik elmləri fakültəsində müəllim işləyib. Bir müddət Niğde Peşə Liseyinin müdiri vəzifəsinə çalışıb.
1998-ci ildə dosent oldu. Əhməd Yesevi Universitetinin Beynəlxalq münasibətlər fakültəsini təsis edib və onun rəhbəri vəzifəsini icra edib. 1999-ci ildə Ahmet Yesevi Strateji Araşdırma Mərkəzinin rəhbəri təyin edilib. Həmin ildə idarəçilik fakültəsinin professoru olub.
Ailəlidir, dörd övladı var.
Siyasi fəaliyyəti 2011-ci ildə keçirilən seçkilərdə Milliyətçi Hərəkat Partiyası Ankara millət vəkili seçilib. Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının, Türkiyə-Danimarka və Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun üzvü olub. Fransız dilini bilir.
Kitabları 14 nəşr olunmuş kitabı var.
Mükafatları Prof. Dr. Osman Turan Mədəniyyətşünaslıq mükafatına layiq görülüb.
İstinadlar
Xarici keçidlər Özcan Yeniçeri İyi Parti'den neden istifa ettiğini anlatıyor
Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:Ərciyəs Universitetinin məzunları