Amerika Birləşmiş Ştatlarının 1776–1789-cu illər tarixi — xalqın ABŞ İstiqlal müharibəsindən yeni konstitusiya quruluşunun qurulmasına keçidi ilə yadda qalmışdır.

Amerika inqilabının nəticəsində on üç ingilis koloniyası 1776–1789-cu illər aralığında yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları kimi meydana çıxdı. ABŞ İstiqlal müharibəsi 1775-ci ildə koloniya milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə İstiqlal bəyannaməsini nəşr etdi. Konfederasiya məqalələri 1781-ci ildə təsdiqləndi və Konfederasiya Konqresi yaradıldı. General Corc Vaşinqtonun rəhbərliyi ilə Kontinental Ordu və donanma ingilis ordusunu məğlub edərək on üç koloniyanın müstəqilliyinə təminat verdi. Konfederasiya dövrü 1789-cu ilə – ştatların Konfederasiya məqalələrini ABŞ Konstitusiyası ilə dəyişdirməsinə qədər davam etdi.

1780-ci illər İnqilab müharibəsi dövründə yaranan borclar, Konqresin vergi yığa bilməməsi və Kontinental dollarının böyük ölçüdə inflyasiyaya məruz qalması səbəbindən ABŞ üçün iqtisadi geriləmə dövrü idi. "Common Sense" və "The Federalist Papers" kimi siyasi məqalələrin Amerika mədəniyyəti və ictimaiyyəti üzərində böyük təsiri oldu. Şimal-qərb bölgəsi 1787-ci ildə ilk federal bölgə kimi yaradıldı və bu bölgədəki sərhəd münaqişəsi Şimal-qərb hindu müharibəsinə səbəb olan bir sıra konfliktlərə səbəb oldu. İnqilab və Konfederasiya dövrü Maarifçilik dövrü fikirlərinin populyarlaşdığı və elmi tərəqqini təşviq edən dövr – Amerika maarifçiliyi dövründə yer alır.

Zəmin XVII–XVIII əsrlərdə Amerikadakı ingilis koloniyalarına muxtariyyət verildi. Bu muxtariyyətlə 1760-cı illərdə Qrinvil nazirliyinin 1765-ci il Pul qanunu və Quartering qanunları da daxil olmaqla müxtəlif qanunlarla mübarizə aparıldı. Bu qanunlar Böyük Britaniya ilə On üç koloniya arasında kralın kolonistlər üzərindəki hakimiyyətinə aid ideoloji mübarizəyə səbəb oldu. Kolonistlərin etirazları Britaniya konstitusiyası altında bərabərhüquqlu tələblərlə başladı, lakin anlaşılmazlıq irəlilədikcə respublikaçı siyasi baxışı mənimsədilər.

1765-ci il Pul qanunundan sonra London ilə anlaşılmazlıqlar çoxaldı. Britaniya hakimiyyətinə qarşı çıxan kolonistləri təşkilatlandırmaq üçün 1770–1773-cü illərdə yazışma komissiyaları quruldu. İngilislərin çaydan aldıqları vergilərə qarşı üsyanlar başladı və 16 dekabr 1773-cü ildə onlarla adamın Boston çay qonağlığında çoxlu miqdarda ingilis çayını tökməsi ilə pik həddə çatdı. Böyük Britaniya müstəmləkələrə və xüsusilə Massaçusets ştatına qarşı cəzalar tətbiq edən daha da mübahisəli Dözülməz qanunlarla cavab verdi. Bu, kolonistləri Britaniya hakimiyyətinə qarşı çıxmaq üçün vahid orqan kimi 5 sentyabr 1774-cü ildə Birinci Kontinental Konqresini çağırmağa vadar etdi. ABŞ İstiqlal müharibəsi 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşləri ilə başladı.

İkinci Kontinental Konqresi aprel ayında baş verən silahlı mübarizələrdən sonra Pensilvaniyanın Filadelfiya şəhərində toplaşdı. On üç koloniyanın hamısını təmsil edən Konqres dərhal diplomatik nəzarəti olan mərkəzi hökumət olaraq təşkilatlanmağa başladı və koloniyalara ştat olaraq özləri üçün konstitusiya yazmaq təlimatını verdi. 1775-ci ilin iyun ayında virciniyalı siyasi lider Corc Vaşinqton səs çoxluğu ilə yeni formalaşmış Kontinental Ordunun (Continental Army) komandiri təyin edildi. Boston kampaniyası (Boston campaign) ingilislər 1776-cı ilin martında Yeni Şotlandiyaya (Halifax) çəkilənə qədər Kontinental ordunun ingilislərin işğalı altında olan Bostonu mühasirəyə alması ilə davam etdi. Şimal-şərq və cənub-qərbdəki Kvebekin işğalını da 1770-ci illərdə Kontinental ordu həyata keçirdi.

Amerika inqilabı

İstiqlal bəyannaməsi thumb|İstiqlal bəyannaməsi. John Trumbullın 1819-cu ildə çəkdiyi portret. Beşlər Komitəsi bəyannamənin ilkin versiyasını təqdim edir. 2 iyul 1776-cı ildə Filadelfiyada toplaşan İkinci Kontinental Konqres səs çoxluğu ilə "Amerika Birləşmiş Ştatları" olaraq müstəqilliyini elan etdi. İki gün sonra Konqres İstiqlal bəyannaməsini (Declaration of Independence) imzaladı. İkinci Kontinental Konqres ilk başda müstəqillik elan etmək üçün qurulmamışdı. Böyük Britaniyanın müstəmləkəçilərin tələblərini rədd etməsi və düşmən mövqelərinin daha kəskin hala gəlməsi ilə 1775–1776-cı illərdə müstəqilliyə olan dəstək getdikcə artmışdır. "Common Sense" adlı siyasi broşür müstəqilliyə olan dəstəyi daha da genişləndirdi. 1776-cı ilin mayında Kontinental Konqres koloniyaların Böyük Britaniyadan asılı olmadan öz hökumətlərini qurmalarını tövsiyə etdi.

Bəyənnamənin hazırlanması Con Adams, Tomas Cefferson, Rocer Şerman, Robert Livinqston və Bencamin Franklindən ibarət Beşlər Komitəsinin (Committee of Five) məsuliyyəti altında idi. Cefferson bəyannamənin ilkin versiyasını hazırladı və komitə tərəfindən nəzər yetirildi. "Bütün insanların bərabərhüquqlu yaradıldığını" və "bəzi ayrılmaz hüquqlara sahib olduğunu, bunlara yaşamaq, azadlıq və xoşbəxtlik axtarışının aid olduğunu" və "bu hüquqları qorumaq üçün insanlar arasında bərabər güclərini idarə olunanların icazəsi ilə alan hökumətlərin qurulduğunu" iddia edir və krala qarşı əsas koloniya şikayətlərini qeyd edirdi. Cefferson yeni arqumentlər yaratmaq istəmədiyini, bundansa John Locke kimi köhnə filosofların arqumentlərini təqdim etmək istədiyini ifadə etmişdir.

İstiqlal bəyannaməsini imzalayanlar yüksək təhsilli və zadəgan insanlar, eləcə də köhnə müstəmləkə yerlərində doğulanlar idi. Əsas çoxluğu protestant və ingilis mənşəli idi. Növbəti əsrdə İstiqlal bəyannaməsinin imzalanması Müstəqillik Günü (Independence Day) olaraq qeyd ediləcəkdi.

ABŞ İstiqlal müharibəsi

Şimal cəbhəsi (1776–1777) thumb|On üç koloniya (qırmızı ilə göstərilən) və Britaniya Şimali Amerikası, 1775-ci il xəritəsi Kontinental Ordunun təşkilatçılığı general Vaşinqtona verildi. Konqres isə müharibə qaydaları vasitəsilə hərbi hərəkata nəzarət edirdi. Müharibənin başlanğıcında ordunun çox az təchizatı və ya rəsmi təlimi var idi. Vaşinqton orduya təlim keçməyi üçün prusiyalı baron Firedrich Wilhelm von Steubenə tapşırdı. Baronun hərbi təcrübəsi Birləşmiş Ştatlar üçün güclü ordu yaratdı. Vaşinqton ordunun təchizatı üçün Konqresə təzyiq etdi, lakin hər ştatdan fon verilməsi məcburi deyildi və heç vaxt kifayət qədər miqdar olmadı.

Nyu-York və Nyu-Cersi hərəkatı 1776-cı ilin iyulunda ingilis əlavə qüvvələrinin Nyu-Yorka gəlməsi ilə başladı. İngilis əks-hücumu Lonq-Aylend döyüşünü qazandı və sonrakı döyüşlər növbəli olaraq amerikan və ingilis qələbələri ilə bitdi. Kontinental Ordu Nyu-Cersidə məğlub edildi və ingilis ordusu Yeni İngiltərəni tuta bilmədi. Trenton döyüşündə zəfər qazanılan Delvr çayının keçişinə rəhbərlik etdikdən sonra vəziyyət Vaşinqtonun lehinə dəyişdi. Ardınca Princeton döyüşündə başqa bir zəfər qazanıldı. left|thumb|13 ulduzlu mavi kanton dizaynı 1777-ci il Bayraq qanundan (Flag Act) sonra Böyük birlik bayrağının (Grand Union Flag) yerini aldı 1777-ci ilin əvvəllərində Londonda Saratoqa hərəkatı adlandırılan böyük ingilis strateji planı hazırlandı. Plan iki ingilis ordusunu şimaldan və cənubdan Albaniyə yaxınlaşaraq koloniyaları ikiyə bölməyini və Yeni İngiltərəni digərlərindən ayırmasını hədəfləmişdi. General John Burgoyne 1777-ci ilin iyununda ingilis əsgərlərinin rəhbəri olaraq ABŞ qüvvələri ilə döyüşlərə başladı. Amerikalı general Horatio Gates Şimal ordusunun komandiri təyin edildi. Burgoyne və Gatesin qüvvələri Saratoqa hərəkatında döyüşdü və ingilis qüvvələri İkinci Saratoqa döyüşündən sonra təslim oldu. İngilis komandiri William Howeun qüvvələrinin cənubdan köməyə gəlməsi lazım idi, lakin bunun yerinə Filadelfiya cəbhəsi paytaxt Filadelfiyanı ələ keçirdi.

Saratoqadakı amerikan zəfəri fransızların 1778-ci ildə İttifaq müqaviləsi (Treaty of Alliance) ilə ABŞ ilə hərbi ittifaqa girməyinə yol açdı. Daha sonra ingilis gücünü zəiflətmək istəyən böyük dəniz gücləri İspaniya və Niderland da qısa müddət sonra Fransaya qoşuldu.

Qərb cəbhəsi (1776–1782) İnqilab müharibəsi ərzində Appalachian dağlarının qərbində, Kanadanın cənub-qərb ərazisi boyunca və Amerikan torpaqlarında daha kiçikmiqyaslı döyüşlər və pusqular baş verdi. ABŞ-nin genişlənməyindən çəkinən və ingilislərin dəstəklədiyi bəzi hindu qəbilələri amerikalılara qarşı hücumlara başladı. Kontinental ordu ilə hindu döyüşçülər arasında döyüşlər və qətliamlar baş tutdu. Müharibənin son illərində Böyük Britaniya hindu qəbilələrinə verdiyi dəstəyi azaltdı və ABŞ qəti təslim olma şərtləri ilə qərb cəbhəsində qalib oldu.

Cənub cəbhəsi (1778–1781) Böyük Britaniya 1776-cı ildə Charlestonu tutmaq cəhdindən başqa müharibənin ilk illərində cənubdakı Corciya və ya Cənubi Karolina ştatlarına hücum etmədi. Cənubdakı döyüşlərin çoxunu çerokilər etmişdir. Lakin Saratoqakı uğursuzluqdan sonra Böyük Britaniya cənubda doğru istiqamətləndi və 1778-ci ildə Savannah ələ keçirildi. ABŞ cənubda hər hansı bir hərəkata hazır deyildi və amerikalı general Bencamin Lincoln polis qüvvəsi yaratmaq üçün cənuba göndərildi. Charleston mühasirəsi 1780-ci ildə baş tutdu və ingilislər bu şəhəri də ələ keçirdi. Şimali Karolina, Cənubi Karolina və Gerogiada loyalistlərin sayı digər ştatlardan daha çox idi və bu da ingilislərin cənubda qələbə qazanmalarına kömək edirdi. Charleston mühasirəsindən sonra ingilis general Lord Cornwallis cənubi ABŞ-dəki ingilis qüvvələrinin rəhbəri oldu. 1780-ci ildə Camden döyüşündə ingilislərin zəfər qazanması onların cənubdakı gücünü möhkəmlətdi.

Cornwallis qüvvələrini Şimali Karolinaya tərəf yönləndirdi. O, irəlilədikcə loyalistlərin də öz qüvvələrinə qoşulacağına inanırdı, amma çox az loyalist ona qoşuldu. General Nathanael Greene ingilis qüvvələrini məğlub edərək Şimali Karolinanı tutmalarının qarşısını aldı. Cornwallis işğal olunmuş cənubu müdafiə etmək təlimatlarına qarşı çıxaraq qüvvələrini şimala, Virginiaya köçürdü. Greeenein qüvvələri cənuba tərəf gedərkən Corciya və Cənubi Karolinanı geri qaytardı. Cornwallis fransız general Lafayettein qüvvələrini məğlub etməyi ümid edərək qüvvələrini Yorktowna gətirdi. Fransız donanması ingilis donanmasının Chesapeake döyüşündə kömək etməsinin qarşısını aldı və Vaşinqton ilə Lafayettein qüvvələri Yorktownı mühasirəyə aldı. Cornwallis 1 oktyabr 1781-ci ildə təslim olaraq Amerikan İnqilab müharibəsini sonlandırdı. Kral III Corc və Baş nazir Lord North başqa bir səfər başlatmaq istədilər, lakin Parlament onların təklifini rədd etdi və daha çox döyüşü qadağan etdi.

Paris müqaviləsi Kral III Corc ABŞ-nin müstəqilliyini rəsmi şəkildə tanıdı və 5 dekabr 1782-ci ildə düşmənliyin başa çatmasını əmr etdi. Sülh üçün görüşlər Parisdə Con Adams, Bencamin Franklin və Con Ceyin ABŞ-ni təmsil etməsi ilə baş tutdu. Müzakirələr ABŞ-ni qanuni şəkildə müstəqil ölkə kimi tanıyan Paris müqaviləsi (Treaty of Paris) ilə başa çatdı. Böyük Britaniya cənub-qərbi Kanadanın bəzi hissələrindən imtina etməyi qəbul etdi, ancaq Britaniya Kanadasının geridə qalanı ilə olan sərhəd qeyri-müəyyənliyini saxladı.

25 noyabr 1783-cü ildə sonuncu ingilis əsgərlərini limandan ayrılmaq üçün qayıqlara minərkən Corc Vaşinqton at belində Nyu-Yorkda keçid mərasiminə öndərlik etdi. Şəhərdə zəfər bayramları baş tutdu və o gün Evakuasiya Günü (Evacuation Day) kimi xatırlanacaqdı. 23 dekabr 1783-cü ildə Vaşinqton Kontinental ordunun baş komandiri vəzifəsindən istefa etdi. Konqres 14 yanvar 1784-cü ildə Paris müqaviləsini təsdiqlədi.

Konfederasiya dövrü

Konfederasiya məqalələri thumb|Konfederasiya məqalələrinin V məqaləsi və preambula