Naqpur (; ) — Hindistanın mərkəzi hissəsində, Maxaraştra ştatında yerləşən şəhərdir. Nag çayı üzərində yerləşir. Nagpur sürətlə inkişaf edən meqapolisdir. Əhalisinin sayına görə Maharashtra ştatında üçüncü şəhərdir (Mumbay və Punadan sonra) və Hindistanın ölçüsünə görə 13-cü şəhər aqlomerasiyasını təşkil edir. Mühüm sənaye və siyasi mərkəzdir.
Naqpur, Maharaştra ştatının Qanunverici Məclisinin qış sessiyasının keçirildiyi yerdir. Həmçinin Naqpurda Hindistan millətçi təşkilatı “Raştriya Svayamsevək Sanqh”ın və buddist dirçəliş hərəkatı olan “Dalit Buddist Hərəkatı”nın qərargahı yerləşir.
ABP News–Ipsos araşdırmasına görə, Nagpur yaşayış keyfiyyəti, ekoloji vəziyyət, ictimai nəqliyyatın inkişaf səviyyəsi və səhiyyə sistemləri baxımından Hindistanın ən yaxşı şəhəridir. Tarixi Şəhər XVIII əsrin əvvəllərində salınmış və qısa müddət sonra maratha knyazlıqları koalisiyasına daxil olmuşdur; maratha Bxonsle sülaləsindən olan racalar tərəfindən idarə olunan dövlətin paytaxtı idi. 1853-cü ildə bu dövlət Britaniya imperiyası tərəfindən anneksiya edildi və şəhər müstəmləkə Hindistanının ən mühüm mərkəzlərindən birinə, mərkəzi əyalətlərin paytaxtına çevrildi.
XIX əsrin ikinci yarısında Naqpurda pambıq sənayesi inkişaf etdi; 1877-ci ildə burada Hindistanda fabrik fəhlələrinin ilk tətili baş verdi.
1950–1956-cı illərdə Nagpur Madhya-Pradeş ştatının paytaxtı olmuşdur. İstinadlar
Kateqoriya:Naqpur Kateqoriya:Hindistanın milyon nəfərdən çox əhalisi olan şəhərləri