Ağvanlar hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Hamam Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Ağvanlar hamamının adı məhəllənin adı ilə bağlıdır. Hamamı kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur.

Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Ağvanlar hamamı da Ümumdünya İrsinə daxildir.

Həmçinin bax Yeraltı hamam

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Şəkidə tarixi hamamların vəziyyəti / ARB Şəki

Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Azərbaycandakı ümumdünya irsi Kateqoriya:Azərbaycan hamamları Kateqoriya:Şəki hamamları Kateqoriya:Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu Kateqoriya:XIX əsrdə yarananlar