Varşava üsyanı — Krayova Ordusunun (KO) komandanlığı və mühacir Polşa hökumətinin təşkilatçılığı ilə 1944-cü il avqustun 1-dən oktyabrın 2-dək davam edən Varşavada Üçüncü Reyxə qarşı qaldırılmış üsyan.Вавилон — "Гражданская война в Северной Америке" / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — С. 22–23. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 2).
Həmin vaxt şəhərdə fəaliyyət göstərən bütün gizli təşkilatlar üsyanda iştirak etmişdilər. KO ilə yanaşı, üsyanda aktiv iştirak edənlər arasında Milli silahlı qüvvələrin bölmələri və sol qüvvələr tərəfindən yaradılan Lyudov Ordusunun, Polşa Lyudov Ordusu və Təhlükəsizlik Korpusunun hissələri var idi. Lyudov Ordusunun bir hissəsi kimi Yəhudi Mübarizə Təşkilatının dəstəsi də üsyana qoşulmuşdu. Varşava üsyanı hərbi cəhətdən almanlara qarşı yönəldilmişdisə, siyasi olaraq SSRİ-yə qarşı idi.См., например: Jan Ciechanowski. Powstanie Warszawskie. Warszawa, 2009.Tomasz Łubieński. Ani tryumf ani zgon. Warszawa, 2004.Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa, 1988.Jerzy Kirchmayer. Powstanie Warszawskie. Warszawa, Wydawnictwo Książka i Wiedza, 1959.стр. 474 Polşa Milli Azadlıq Komitəsi açıq şəkildə qərb müttəfiqlərinin siyasətinə qarşı çıxırdı. Polyakların çıxışı 1944-cü il avqustun 1-də, alman bölmələri 2-ci qvardiya tank ordusuna qarşı hücum edərkən, bir neçə saat sonra ordu müdafiəyə keçərkən başladı. Üsyanın başlaması ilə bağlı dərhal qərarın verilməsinin səbəbi sovet tanklarının Varşavanın Praqa bölgəsinin sağ sahilindəki Tarquvek rayonunda görünməsi barədə şayiələr idi.Jerzy Kirchmayer. Powstanie Warszawskie. Warszawa, Wydawnictwo Książka i Wiedza, 1959.Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa 1988. Т.1. стр. 126–129. Halbuki, sovet qoşunlarının irəliləməsi Vislanın şərq sahilindəki Varşavanın kənarında alman hissələri tərəfindən dayandırılmışdı. Əslində, sovet hissələri alman əks hücumlarını dəf edə bilsə də, salınmış körpülər (Maqnuşevski plasdarmı və Pulavski plasdarmı) Qırmızı Ordunun əlində qaldı. Lakin 1-ci Belarus Cəbhəsi mobil bölmələrsiz qaldı və manevr hücumu imkanından məhrum edildi.
Bu, alman qoşunlarına qüvvələrini yenidən toparlamağa və Polşa üsyançılarının müqavimətini darmadağın etməyə imkan verdi.
Üsyan ümummilli hakimiyyətin ələ keçirmə planının bir hissəsi olan "Fırtına" əməliyyatının bir hissəsi olaraq başladı. Üsyançıların rəhbərliyinin əsas məqsədi alman işğalçılarını qovmaq və Varşavada hakimiyyəti ələ almaq idi. KO-nun siyasi vəzifəsi qarşısında isə Qırmızı Ordunun faktiki işğal etməsindən əvvəl şəhəri azad edib, Polşa dövlətinin müstəqilliyini bərpa etmək, sürgündə olan Polşa hökumətini hakimiyyətə gətirmək, SSRİ hakimiyyətini mühacir hökumətini tanımağa məcbur edib və Polşa Milli Azadlıq Komitəsinin hakimiyyətə gətirilməsinə imkan verməmək dururdu. KO rəhbərliyi Sovet qoşunlarının Varşavaya girməsindən 12 saat əvvəl Polşa mühacir hökuməti təşkilatının siyasi və inzibati gücünü elan etməyi planlaşdırmışdı. Hücum etməkdə olan sovet bölmələri ilə koordinasiya planda nəzərdə tutulmamışdı. AK rəhbərliyinin Qırmızı Orduya Visla çayını keçib Varşavanı azad etməsinə kömək etmək planlarına daxil deyildi. Qırmızı Ordu rəhbərliyi, Polşa Ordusunun Ali Komandanlığı, Varşavada gizli fəaliyyət göstərən polyak sol təşkilatlar, Krayova Ordusunun başçılıq etdiyi üsyanın hazırlığı və tarixi haqqında heç bir rəsmi məlumat almamışdı.Antoni Przygoński, Powstanie Warszawskie w sierpniu 1944, Warszawa, 1988С. М. Штеменко, Генеральный Штаб в годы войны, М., Воениздат, 1989
Üsyan anlayışı geri çəkilən alman qoşunları ilə qısa (maksimum 3–4 gün) döyüş ehtiva edirdi. Varşavanı qəfil bir zərbə ilə ələ keçirmək, sonra 1-ci Polşa paraşüt-desant briqadasının atışını təmin etmək və mühacir hökumətin gəlişi üçün lazım olan hər şeyi hazırlamaq planlaşdırıldı. Üsyan qısa müddətli silahlı mübarizə ilə dəstəklənən bir siyasi aksiyaya çevrilməli idi. Sonrakı hesablama Qərb müttəfiqlərinin kütləvi dəstəyinə və köməyinə (Polşa Milli Azadlıq Komitəsinə verilən sovet dəstəyini tarazlaşdırmalı idi) əsaslanırdı.
Xüsusən də Qırmızı Orduya qarşı yönəlmiş ziddiyyətli və bir-birini inkar edən məqsədlərin ardınca, AK rəhbərliyi məhz sovet qoşunlarının üsyanı dəstəkləməli olduğunu düşünürdü. Qızıl Ordu komandanlığı ilə razılaşdırılmayan, siyasi cəhətdən SSRİ və Polşa Ordusunun Ali Komandanlığına qarşı yönələn hərbi cəhətdən kifayət qədər hazırlıqlı olmayan üsyan, iki ay davam edən şiddətli döyüşlərdən sonra yatırıldı. Nəticədə çox sayda insan tələfatı və Varşavanın sol sahilinin dağıdılması ilə nəticələndi. KO nə hərbi, nə də siyasi məqsədlərə çata bilmədi.
Üsyan qurbanlarının dəqiq sayı bilinmir. Polşa müqavimətin 17 minə yaxın iştirakçısının öldüyü və 6 minə yaxın adamın ağır yaralandığı güman edilir. Təxmini hesablamalara görə, cəza aksiyalarında 150 mindən 200 minədək mülki şəxs öldürülmüşdür. Son dəqiqləşdirilmiş hesablamalara görə həlak olanların sayının 200 min nəfər göstərilməsi şişirdilmiş rəqəmdir.Norbert Bączyk."Ilu naprawdę poległo w powstaniu warszawskim" . Tygodnik Polityka nr 42(2980) 15 X 2014 s. 54–56 Hal-hazırda bir sıra tarixçilər qurbanların sayını 100–130 min nəfər arasında qiymətləndirirlər. Polşa Ordusunun ümumi itkiləri Vislanın qərb sahilində həlak olan və itkin düşən 1987 nəfər də daxil olmaqla 3.764 əsgər və zabitdir. Küçə döyüşləri zamanı Varşavanın mənzil fondunun 25% -i dağıdıldı. Polşa qüvvələri təslim olunduqdan sonra alman qoşunları məqsədli şəkildə küçə-küçə şəhərdəki digər binaların 35%-nidə yerlə bir etdilər.
Ümumi məlumat
Alman ordusunun "Mərkəz" qrupunun darmadağın edilməsi 250px|thumb|right|Varşava üsyandan öncə, 1944-cü il. İyunun 23-ü Sovet qoşunları cəbhənin mərkəzi hissəsində genişmiqyaslı hücuma başladı. İkiqat zərbə altında qalan alman ordusu fəlakətli vəziyyətdə Qərbdə və Şərqdə sürətlə geri çəkilməyə başladı. İyunun 28-də Mogilyov, iyulun 3-də — Minsk, iyulun 13-də — Vilnüs, iyulun 27-də — Lvov azad edildi. Sovet qoşunlarının məqsədi Visla-Narev sərhədlərinə çatmaq idi. Ağır vəziyyətdən çıxmaq üçün almanlar digər ordu qruplarının zəifləməsi hesabına buraya təzə qüvvələr gətirdilər. İyulun 29-da ağır döyüşlərdən sonra 1-ci Ukrayna Cəbhəsinin qüvvələri Varşavanın 180 km cənub-şərqindəki Sandomir rayonunda Vislanı keçdilər. 69-cu ordunun qoşunları (general-leytenant V. Ya. Kolpakçi) iyulun 29-dan avqustun 1-dək Pulavda Vislanı keçərək 25 km cəbhədə yerləşdi və hər biri cəbhə boyu 3–4 km uzununa və 1–2 km dərinliyə olmaqla üç taktiki plasdarm ələ keçirdilər. İyulun 31-də 1-ci Polşa Ordusu Vislanı keçməyə çalışdı. Lakin cəhd uğursuz oldu. 8-ci Qvardiya Ordusunun ön dəstələri (general-polkovnik V. İ. Çuykov) avqustun 1-də Vislanı keçərək Varşavadan 60 km cənubda yerləşən Maqnuşev rayonunda sol sahildə dayandılar. Bununla belə düşmən sarsılmır və şiddətli müqavimət göstərirdi. İyulun 23-də Vermaxt quru qüvvələrinin yeni baş qərargah rəisi general-polkovnik Haynts Quderian Visla və San çaylarının sərhədlərindən geri çəkilməmək əmri verdi. Çünki "əks halda tədricən Oder və Elbaya" tərəf atıla bilərik. Vermaxtın 2-ci Ordusunun əsas qüvvələri Varşavanın şimal-şərqinə çəkilərək mühasirədən qaça bildilər.
Lublin Komitəsi və London hökuməti 250px|thumb|left|Mühacir Polşa hökuməti, mərkəzdə baş nazir Stanislav Mikolayçik, 1944-cü il. Eyni zamanda Qırmızı Ordu Qərbi Buqu keçəndə, Polşa İşçi Partiyası və ona yaxın olan ideoloji partiyaların səlahiyyətlərinə sahib Krayova Rada Naradovanın (London hökumətinə qarşı SSRİ-nin yaratdığı Polşa hakimiyyəti) nümayəndə heyəti SSRİ-də idi. 1944-cü il iyulun 21-də Moskvada (rəsmi versiyaya görə — 1944-cü il 22 iyulda Xelmdə), sol partiyaların nümayəndələrindən ibarət Polşa İşçi Partiyasının rəhbərliyi altında Polşa Milli Azadlıq Komitəsi yaradıldı. Edvard Osubka-Moravskinin başçılıq etdiyi Polşa Milli Azadlıq Komitəsi Polşanın müvəqqəti hökumətinin funksiyalarını öz üzərinə götürdü. Formal olaraq o, hələ bir hökumət deyildi, amma onun xələfi sayıla bilərdi. PMAK ölkənin azad edilmiş ərazisində idarəetmə aparatı yaratmağa başladı. Polşa Ordusu bu komitəyə tabe idi (Lyudov Ordusu 1-ci Polşa Ordusu ilə bütöv Polşa Ordusu adı altında birləşdirildi). Həmçinin Qırmızı Ordunun işğaldan azad etdiyi ərazilərdə yaradılan mülki milis də onların tabeliyinə verilmişdi.
1944-cü il iyulun 26-da SSRİ hökuməti və Polşa Milli Azadlıq Komitəsi azad edilmiş Polşa ərazilərində komitəninin səlahiyyətlərini tanıyan müqavilə imzaladı. Müqavilədə sovet qoşunlarının Polşaya girməsindən sonra hərbi əməliyyatlar gedən ərazilərdə ali hakimiyyətin Sovet qoşunlarının baş komandanının səlahiyyətində olacağı nəzərdə tutulurdu. Polşanın azad edilmiş ərazilərində isə mülki idarəetmə orqanlarını yaradan, Polşa Ordusunun bölmələrini komplektləşdirən və rəhbərlik edəcək Polşa Milli Azadlıq Komitəsinə verilirdi. 1944-cü il iyulun 26-da SSRİ hökuməti ilə Polşa Milli Azadlıq Komitəsi arasında Polşanın şərq və şimal sərhədlərini müəyyən edən ilkin razılaşma bağlandı. Müqavilənin 1-ci maddədə deyilirdi ki, SSRİ ilə Polşa arasında dövlət sərhədi çəkilərkən Kerzon xətti əsas götürülür və bununla da SSRİ Xalq Daxili İşlər Komissarlığı sərhəd qoşunları Sovet-Polşa sərhədini qorumağa başladılar. Sovet İttifaqı Polşanın qərb sərhədinin Odra və Neys-Lujiçka üzərindən keçməsi təkliflərini dəstəkləməyə söz verdi. Sovet qoşunlarının Polşaya girməsi ilə əlaqədar Dövlət Müdafiə Komitəsinin qərarı ilə hər bir uyezdə, kənd bələdiyyəsi mərkəzində və ən böyük yaşayış məntəqələrində, dəmir yolu stansiyalarında, magistral və yeraltı su yollarında hərbi komendantların təyin edilməsi müəyyən edildi. 1944-cü il avqustun 1-də Polşa Milli Azadlıq Komitəsi Xelmdən Lublinə köçdü. Sovet komandanlığının hərəkətlərini Polşa Milli Azadlıq Komitəsi ilə əlaqələndirmək və 1944-cü il 26 iyul tarixli müqaviləyə əməl olunmasını nəzarətdə saxlamaq üçün SSRİ Xalq Komissarları Şurası general-polkovnik N. A. Bulqanini PMAK-a nümayəndəsi təyin etdi."Восточная Европа в документах российских архивов 1944–1953". Т. 1. 1944–1948. М.-Новосибирск, 1997. С. 52–55 Moskvada isə PMAK-ın nümayəndəsi akkreditə edildi. Avqustun 1-də Sovet hökuməti PMAK-ı ölkədə yeganə qanuni orqan olaraq tanıdı. Eyni zamanda Londonda Stanislav Mikolayçikin başçılıq etdiyi Sürgün Polşa hökuməti fəaliyyət göstərirdi. 250px|thumb|right|Üsyançıların sıra düzülüşü O, qərb müttəfiqləri tərəfindən müharibədən əvvəlki sanasiya hökumətinin varisi olaraq tanınırdı. Beləki, Stalinqrad döyüşünün qızğın vaxtında bütün Anders Ordusu İrana getdiyi üçün mühacir hökumətin Polşada nizami bölmələri yox idi. 1944-cü ildə SSRİ Londonda yerləşən mühacir Polşa hökuməti ilə rəsmi olaraq heç bir münasibətdə deyildi. 1944-cü ilin yayında Qırmızı Ordu və Londondakı hökumətə tabe olmayan Polşa Ordusunun Varşavanı azad edəcəyi məlum oldu(SSRİ-nin köməyi ilə qurulmuş, PFP və PMAK-ya tabe idi). London hökumətinə və onun Polşadakı nümayəndəliyi — Deleqaturaya kommunist olmayan antifaşist müqavimət hərəkatının əksəriyyəti daxil idi. Onlardan ən fəalı dviziya-generalı Tadeuş Komorovskinin (ləqəbi "Bur") komandiri olduğu Krayova Ordusu idi. Krayova Ordusunun Varşava-Qorod dairəsinin komendantı vəzifəsini polkovnik Antoni Xrustel (ləqəbi "Montyor") icra edirdi. Öz növbəsində SSRİ rəhbərliyi sovet qoşunlarının arxasında hər hansı bir nəzarətsiz silahlı qrupun və mühacir hökumətinin səlahiyyətlərinin mövcudluğu ilə bağlı heç bir güzəştə getmirdi. KO silahlı qüvvələrini arxa cəbhədə nizam-intizamın qorunması və Sovet rəhbərliyinin siyasi xəttini həyata keçirmək üçün təhdid olaraq görən Ali Baş Komandanlıq qərargahı 1944-cü il 31 iyul tarixində 1-ci Ukrayna, 1, 2 və 3-cü Belorus cəbhələrinin və Polşa Ordusu komandanlığına sovet qoşunlarının arxasında KO bölmələrinin tərksilah edilməsi və komandanlıq heyətinin həbs edilməsi haqqında № 220169 derektivini göndərdi.
"Fırtına" əməliyyatı