thumb|220x220px| 2009-cu ildə keçirilən 14-cü Busan Beynəlxalq Film Festivalının açılış mərasimi (Busan Yaxta Mərkəzi)Busan Beynəlxalq Film Festivalı ( , , BIFF) — hər il payızda Koreya Respublikasının Busan şəhərində, Busan Film Mərkəzində keçirilən beynəlxalq film festivalıdır. Tokyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı, Asiyanın ən böyük film festivalı hesab olunur.이은주, 월드·국제 프리미어 132편… 亞최고 재확인 , 서울신문, 2014년 10월 3일 Bu film festivalı Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİABF) tərəfindən rəsmi olaraq tanınır.
Tarixi thumb|220x220px| 15-ci Busan Beynəlxalq Film Festivalı, Əl İzi, Juliette Binoche thumb|220x220px| 15-ci Busan Beynəlxalq Film Festivalı, Əl izi, Villem Dafoe Busan Beynəlxalq Film Festivalı Koreya film sənayesinin tənəzzülə uğradığı dövrdə bu sahənin dirçəlişinə nail olmaq üçün təsis edilmişdir. Yeni müəllifləri kəşf edib onlara dəstək verərək Asiya filmlərinin gələcək imkanlarını araşdırmaq məqsədilə 1996-cı ildə təsis edilmiş və nəinki Koreya, hətta ümumilikdə Asiya filmlərinin inkişafına töhfə vermişdir. Festivalın əsas məqsədi Asiya filmlərinin dirçəlişinə nail olmaq, Busan vizual sənayesini canlandırmaq və turistləri cəlb etməkdir.김형근, 金東虎 부산국제영화제 집행위원장 인터뷰 , 연합뉴스, 1998년 9월 22일 Bu festival dünyanın müxtəlif yerlərindən gələn aktyorlar, rejissorlar, prodüserlər, film-video mütəxəssisləri və tamaşaçıların birlikdə səmimi ünsiyyət qura biləcəyi mühitə malikdir. Busan Beynəlxalq Film Festivalının açılış mərasimi hər il Heunde Yaxta Stadionunda keçirilir.
İlNömrəBaşlama tarixiBitmə tarixiAçılış filmiBağlanış filmiNümayiş olunan filmlərTamaşaçı sayıQeyd1996-cı il113 Sentyabr21 SentyabrSirr və YalanMusanın yağış buludu31 ölkə 169 film184,071 nəfər1997-ci il210 Oktyabr18 OktyabrÇin qutusuOn səkkiz bahar33 ölkə 163 film170,206 nəfər1998-ci il324 Sentyabr1 OktyabrSükutDr. Akagi41 ölkə 211 film192,547 nəfərBusan Tanıtım Planı (PPP)nın təsisi1999-cu il414 Oktyabr23 OktyabrNanə şəkəriStolun siyirməsindəki nağıl kitabı53 ölkə 207 film180,914 nəfər2000-ci il56 Oktyabr14 OktyabrGüləşçilərSevgi əhvalı55 ölkə 207 film181,708 nəfər2001-ci il69 Noyabr17 NoyabrSonuncu şahidSuriyothai60 ölkə 201 film143,103 nəfər2002-ci il714 Noyabr23 NoyabrSahil MühafizəsiGəlinciklər55 ölkə 226 film167,349 nəfər2003-cü il82 Oktyabr10 OktyabrDoppelgangerAkasiya61 ölkə 243 film165,103 nəfərAsiya Film Sənayesi Mərkəzi (AFIC)nin təsisi2004-cü il97 Oktyabr15 Oktyabr2046Al-qırmızı məktub63 film 262 film166,164 nəfər2005-ci il106 Oktyabr14 OktyabrÜç dəfəToy kampaniyası73 ölkə 307 film192,970 nəfərAsiya Film Akademiyası (AFA)nın idarəsi2006-cı il1112 Oktyabr20 OktyabrPayıza doğruDəli daş62 ölkə 246 film162,835 nəfərAsiya Film Bazarı (AFM)nın təsisi2007-ci il124 Oktyabr12 OktyabrMəclisEvangelion 1.0: Sən tək (deyil)sən64 ölkə 275 film198,603 nəfərAsiya Film Fondu (ACF)nun təsisi2008-ci il132 Oktyabr10 OktyabrStalinin hədiyyəsiMən xoşbəxtəm60 ölkə 315 film198,818 nəfər2009-cu il148 Oktaybr16 OktyabrSabahın xeyir PrezidentKüləyin səsi70 ölkə 355 film173,516 nəfər2010-cu il157 Oktyabr15 OktyabrYemişan ağacı altındaKameliya67 ölkə 306 film182,046 nəfər2011-ci il166 Oktyabr14 OktyabrYalnız o qızAnamın salnaməsi70 ölkə 307 film196,177 nəfər부산국제영화제 폐막… 아시아 최대를 넘어 세계로 , 《세계일보》, 2011년 10월 16일 확인.İngilis dilində ad dəyişikliyi, Busan Film Mərkəzinin açılışı2012-ci il174 Oktyabr13 OktyabrSoyuq MüharibəTelevizor75 ölkə 304 film221,002 nəfərAsiya Aktyorlar Akademiyası (AAA)nın idarəsi2013-cü il183 Oktyabr12 OktyabrVara: Xeyir-duaŞam yeməyi70 ölkə 299 film217,865 nəfər현화영, 부산국제영화제 폐막… 관객 21만 동원 , 세계일보, 2013년 10월 12일2014-cü il192 Oktyabr11 Oktyabrİzdihamda cənnətQuldurun maaş günü79 ölkə 312 film226,473 nəfər '제19회 부산국제영화제' 폐막…역대 최대 관객수 기록,《news1》2015-ci il201 Oktyabr10 OktyabrZubaanDağlar hayqırır75 ölkə 304 film227,377 nəfər김연지, 스무살 BIFF, 비온 뒤 더 단단하게 굳었다 , 일간스포츠, 2015년 10월 10일2016-cı il216 Oktyabr15 OktyabrBoş xəyallarQara külək69 ölkə 299 film165,149 nəfər2017-ci il2212 Oktyabr21 OktyabrŞüşə bağçaSevgi təhsili76 ölkə 300 film192,991 nəfər2018-ci il234 Oktyabr13 OktyabrGözəl günlərİp Manın vərəsəsi79 ölkə 323 film195,081 nəfər2019-cu il243 Oktyabr12 OktyabrAt oğruları, Zamanın yoluYonhiyə85 ölkə 303 film
İngilis dilində ad dəyişikliyi 24 Fevral 2011-ci ildə Busan Beynəlxalq Film Festivalının Təşkilat Komitəsi tərəfindən müntəzəm olaraq keçirilən ümumi iclasda Təşkilat Komitəsi PIFF (Pusan İnternational Film Festival) adındakı P hərfinin B hərfi ilə əvəz edilərək BIFF (Busan İnternational Film Festival) olmasına səs verdi və festivalın ingilis dilindəki adında cüzi dəyişiklik edildi. Təşkilat komitəsi 2000-ci ildə yenilənən Romanlaşdırma (və ya latınlaşdırma) işarələr sisteminə əsəsən Busan adında edilən dəyişikliyə uyğun olaraq film festivalı və keçirildiyi şəhərin adındakı qarışıqlığı aradan qaldırdıqlarını və Busan Video Mərkəzinin latın əlifbası ilə adını "Busan Cinema Center" olaraq dəyişərək Film Festivalının adında düzəliş etdiklərini bildirdilər.
Proqramı thumb|300x300px| 15-ci Busan Beynəlxalq Film Festivalının açılış filmi olan <Yemişan Ağacı altında> filminin aktyor heyəti Busan Beynəlxalq Film Festivalının proqramı mövzuya uyğun olaraq əsasən 11 kateqoriyaya bölünür.
Qala təqdimatı (Gala Presentation) çağdaş əfsanəvi rejissorların yeni filmləri ilə tanış ola bilmək üçün nəzərdə tutulan kateqoriya olub burada tanınmış rejissorların yeni və ya mübahisəli filmləri təqdim edilir. Bu, qeyri-rəqabətli kateqoriyadır. Asiya Filmlərinə baxış (A Window on Asian Cinema) Asiyanın təcrübəli kinorejissorlarının yeni və ya mübahisəli filmlərinin təqdim edildiyi kateqoriyadır. Asiya filmlərinin dünya arenasına çıxması üçün platforma rolunu oynayan Busan Beynəlxalq Film Festivalında Asiya Filmlərinə baxış bu axını daha geniş və dərindən dərk etməyə yardım edir. Yeni dalğa anlamını verən Yeni cərəyanlar (New Currents) film aləminə təzəcə daxil olan asiyalı kinorejissorların birinci və ya ikinci uzunmetrajlı filmlərinin rəqabət platformudur. Bu, Asiyada yeni istedadları kəşf etməkdən daha çox, həmçinin Asiya kinosunda yeni axınları müəyyən edən zəminlər də yaradır. Koreya Filminin Bugünü (Korean Cinema Today) Koreya filmlərini ictimaiyyətə təqdim edən kateqoriyadır. Müfəssəl olaraq panoram və vision alt kateqoriyalarına bölünür. Panorama kateqoriyasında əfsanəvi rejissorların yeni və aktual filmləri təqdim olunur. Digər tərəfdən, Vision kateqoriyasında Koreya müstəqil filmləri əsas götürülür və yeni rejissorların işləri təqdim olunur. Retrospektiv Koreya Filmi (Korean Cinema Retrospective) kateqoriyası Koreya film tarixinə keçən xüsusi rejissorlar və ya əhəmiyyətli mövzuların retrospektivliyi vasitəsilə Koreya Film tarixinə yeni işıq salan kateqoriya olaraq hər il müxtəlif mövzuda təqdim olunur. Dünya Filmi (World Cinema) kateqoriyasında Asiyadan olmayan digər önəmli dünya rejissorlarının yeni və ya aktual filmləri təqdim olunur. Gələcəyə İşıq (Flash Forward) asiyalı olmayan yeni rejissorların ilk və ya ikinci uzunmetrajlı filmlərinin rəqabət kateqoriyası olaraq qeyri-Asiya filmlərinin gələcəyini qiymətləndirir. Geniş Bucaq (Wide Angle) qısametrajlı filmlər, animasiyalar, sənədli filmlər, eksperimental filmlər və s.in təqdim olunduğu qismən rəqabətli kateqoriyadır. Müfəssəl olaraq Koreya qısametraflı filmləri (rəqabətli), Asiya qısametrajlı filmləri (rəqabətli), qısa metrajlı filmlərin vitrini (qeyri-rəqabətli), sənədli filmlər (rəqabətli), cinekids (qeyri-rəqabətli), animasiya vitrini (qeyri-rəqabətli) olaraq 7 alt kateqoriyaya bölünür. Açıq Kinoteatr (Open Cinema) kateqoriyası bədii və ictimai keyfiyyətlərin hər ikisini özündə cəmləşdirən yeni və ya beynəlxalq marağa səbəb olan aktual filmlərin xüsusi açıq hava kinoteatrında nümayiş olunduğu proqramdır. Gecə Ehtirası (Midnight Passion) kateqoriyasında yeni qorxu filmləri, elmi fantastik filmlər, kult filmləri və s. təqdim edilir. Bu kateqoriya gecə yarısından etibarən başlayır və ardıcıl olaraq 3 film təqdim olunur. Xüsusi Plan proqramı hər il həmin il üçün planlaşdırılan xüsusi sərgilərin nümayiş edildiyi kateqoriyadır. 2019-cu ildə keçirilən 24-cü Film Festivalında "Koreya filminin 100 illik tarixi, 10 möhtəşəm film" və 'Nəzər və yaddaş - Asiyalı 3 qadın rejissor' mövzusunda xüsusi sərgi keçirilmişdir.
Mükafatlar Busan Beynəlxalq Film Festivalı qismən rəqabətli film festivalı olaraq müxtəlif kateqoriyalarda mükafatlar təqdim edir. Mükafatlara misal olaraq Yeni Cərəyanlar Mükafatını, Sonje Mükafatını, Busan Beynəlxalq Film Festivalının Mesenat mükafatını və s.-i göstərmək olar.
Yeni Cərəyanlar Mükafatı (New Currents Award) Asiya film rəqabət sektoru olan Yeni Cərəyanlar kateqoriyasında nümayiş olunan uzunmetrajlı filmlərdən ikisinə ayrı-ayrılıqda 30.000 dollar olaraq verilir. Məqsəd dünya şöhrətli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qalib filmlərin seçilərək Asiyanın istedadlı gənc rejissorlarını kəşf etmək və həvəsləndirməkdir. Sonje Mükafatı (Sonje Award) Geniş Bucaq rəqabət kateqoriyasına dəvət olunan koreyalı və asiyalı kinorejissorların qısametrajlı filmlərindən ən yaxşısını seçərək rejissoruna növbəti filmi ərsəyə gətirə bilməsi üçün 10 milyon von qazandıran mükafatdır. Busan Beynəlxalq Film Festivalının Mesenat Mükafatı Geniş Bucaq rəqabət kateqoriyasına dəvət olunan koreyalı və asiyalı kinorejissorların sənədli filmlərindən ən yaxşısını seçərək rejissoruna növbəti filmi ərsəyə gətirə bilməsi üçün 10 milyon dolların təqdim olunduğu mükafatdır. Keçirildiyi birinci ildən 2007-ci ilə qədər Unpa mükafatı (Woonpa Award), 2008-ci ildən 2010-cu ilə qədər isə Busan Beynəlxalq Film Festivalının Mesenat Mükafatı olaraq adlandırılmışdır.
BNK Busan Bankı mükafatı (Busan Bank Award) 2009-cu ildə təsis edilən mükafat olub, Gələcəyə İşıq kateqoriyasında nümayiş olunan filmlərdən ən yaxşısına Busan Bankı tərəfindən 20.000 dollar mükafat olaraq verilir.2012년까지는 3만 달러, 2010년까지는 2만 달러 20 min dollardan 10 min dolları rejissora verilir, digər 10 min dolları isə filmin ölkədaxili nümayişi üçün xərclənir. Məqsəd qeyri-Asiya ölkələrindən olan gənc rejissorları kəşf etmək və həvəsləndirməkdir. 2012-ci ilə qədər Gələcəyə İşıq Mükafatı (Flash Forward Award) olaraq adlanmışdır. thumb|300x300px| 15-ci Busan Beynəlxalq Film Festivalı, Master Class, Carlos Saura FIPRESCI mükafatı (Beynəlxalq Film Tənqidçiləri Federasiyası mükafatı, FIPRESCI Award) Yeni Cərəyanlar kateqoriyasındakı əsərlər arasından möhtəşəm kinematik keyfiyyətlərə və təşəbbüskar bədii xüsusiyyətlərə malik olan filmə verilir. NETPAC mükafatı (Asiya Filmlərinin Təbliği Şəbəkəsinin mükafatı, The Network for the Promotion of Asian Cinema Award) Koreya Filminin bu günü-gələcəyi kateqoriyasında nümayiş olunan ən yaxşı Koreya filminə verilir.
Busan Cinephile Mükafatı (Busan Cinephile Award) 2011-ci ildə təsis edilmiş mükafat olub, tələbələrdən ibarət olan münsiflər heyəti tərəfindən Geniş Bucaq kateqoriyasında sənədli film vitrinlərində təqdim olunan filmlərin qiymətləndirilməsindən sonra ən yaxşı filmə 5 milyon von məbləğində təqdim olunur. Busan şəhərində 6 kinematoqrafiya fakültəsindən 60 tələbə münsiflər heyəti kimi iştirak edir. Vətəndaş Tənqidçilər mükafatı (Citizen Critics' Award) 2011-ci ildə təsis edilən mükafat olub, Busan Film Mərkəzi Sinematekin mülki tənqidçilərindən ibarət olan münsiflər heyəti tərəfindən Koreya Filminin Bugünü və Gələcəyi kateqoriyasında seçilən ən yaxşı filmə təqdim olunur. Mükafat həmin filmin rejissoruna yeni film ərsəyə gətirə bilməsi üçün 10 milyon von məbləğində verilir.