Robinzon Kruzo iqtisadiyyatı () — iqtisadiyyatda bəzi fundamental məsələləri daha dərindən tədqiq etmək üçün istifadə olunan sadə struktur. Burada bir istehlakçı, bir istehsalçı və iki əmtəənin formalaşdırdığı iqtisadiyyat təsəvvür edilir. "Robinzon Kruzo" başlığı, 1719-cu ildə Daniel Defo tərəfindən qələmə alınmış eyniadlı romanın adından götürülmüşdür.
İqtisadiyyatdakı düşüncə eksperimenti kimi, bir çox beynəlxalq ticarət iqtisadçıları, sadələşdirilmiş və idealizə edilmiş bu fərziyyəni real dünyadakı mürəkkəb halları sadə formada izah etmək qabiliyyətinə sahib olması səbəbindən vacib hesab etməkdədir. Nəzərdə tutulan fərziyyə odur ki, bir agentin olduğunu iqtisadiyyatın təhlili, çoxsaylı iqtisadi agentlərin olduğu real dünya iqtisadiyyatının işləmə prinsiplərini öyrənmək üçün faydalı məlumatlar aşkara çıxarır. Bu anlayış mikroiqtisadiyyatın bir hissəsi kimi istehlakçı və istehsalçı davranışlarını, o cümlədən iqtisadi tarazlığın daha yaxından öyrənilməsi üçün münasibdir. Əslində, iqtisadiyyatın digər sahələrində də Robinzon Kruzo iqtisadiyyatı strukturu eyni məqsəd üçün istifadə olunur. Məsələn, dövlət maliyyəsində Robinzon Kruzo iqtisadiyyatı, ictimai əmtəələrin müxtəlif növlərini və həmçinin müştərək mənfəətlərin müəyyən xüsusiyyətlərini təhlil etmək məqsədi güdür. Artım iqtisadiyyatında isə bu, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin qənaət və investisiya vasitələrindən istifadə edərək daha davamlı inkişaf yoluna qədəm qoyması məqsədilə artım modelləri təkmilləşdirmək üçün istifadə olunur.
Strukturu right|thumb|380x300px| Qrafik 1: Robinzon Kruzo iqtisadiyyatında gəlir və asudə vaxt arasındakı asılılıq.
Robinzon Kruzonun gəmi qəzası nəticəsində insanların olmadığı boş bir adaya düşdüyü güman olunur. Əsas fərziyyələr aşağıdakı kimidir:
Ada dünyanın digər hissələrindən təcrid olunmuşdur (buna görə də, ticarət mümkün deyildir). Burada yeganə iqtisadi agent vardır (Kruzonun özü). Adadakı bütün əmtəələr hazırkı vəziyyətdə mövcud olan ehtiyat və resurslardan istehsal edilməlidir.
Yalnız bir şəxs var, yəni Robinzon Kruzonun özü. O, həm istehsalçı kimi öz qazanclarını maksimum səviyyəyə çatdırmaq, həm də istehlakçı kimi öz faydalılığını ən yüksək səviyyədə saxlamaq üçün mübarizə aparır. Ticarət etməyin mümkünlüyü iqtisadiyyata digər bir şəxsin daxil olması ilə mümkün ola bilər. Bu, Kruzonun dostu Cümədir. Romanda Cümə Kruzonun qulluqçusu kimi təqdim olunsa da, Robinzon Kruzo iqtisadiyyatında o, Kruzo ilə bərabər istehsal və istehlak imkanlarına sahib digər bir iqtisadi agent rolunu oynayır. Bununla bərabər, Pareto səmərəliliyinin şərtləri Ecvort qutusu konsepsiyasının xüsusiyyətlərindən istifadə edilərək tədqiq oluna bilər.
İnsanların (əmək bazarının təchizatçıları) üzləşdiyi seçimlərlə oxşar olaraq, Kruzonun iştirak etmək üçün yalnız iki fəaliyyəti var: gəlir qazanmaq və ya asudə vaxt keçirmək.
Burada Kruzoya gəlir gətirən fəaliyyət kokos toplamaqdır. Bir qayda olaraq, o, nə qədər çox asudə vaxt keçirərsə, bir o qədər az qidalanar və əksinə, əgər o, kokos toplamaq üçün daha çox vaxt ayırarsa, daha az asudə vaxta sahib olar. Bu asılılıq qrafik 1-də təsvir olunmuşdur.
İstehsal funksiyası və fərqsizlik əyriləri left|thumb|380x300px| Qrafik 2: Robinzon Kruzo iqtisadiyyatının istehsal funksiyası və fərqsizlik əyriləri.
Kruzonun fərqsizlik əyriləri onun asudə vaxt və kokoslar arasındakı seçimini göstərərkən, istehsal funksiyası isə onun işlədiyi müddət və topladığı kokos arasındakı əlaqəni təsvir edir. Kokos toplanmasını və asudə vaxtı göstərən oxların bir-birinə əkslik təşkil etməsini və eyni zamanda, bu oxların Kruzonun fərqsizlik və istehsal əyriləri ilə kəsişməsini nəzərə alaraq, qrafik 2 aşağıdakı şəkildə göstərildiyi kimi çəkilə bilər. İstehsal funksiyası iki ölçüdə çökük, üç ölçüdə isə yarım-qabarıqdır. Yəni, Robinzon daha uzun müddət işlədikdə daha çox kokos toplaya bilir, lakin əməyin getdikcə daha az marjinal gəlir qazandırması səbəbindən, onun hər saat üçün əldə etdiyi əlavə kokos sayı azalır.
Kruzonun işlədiyi və dincəldiyi saatlar arasında çatacağı tarazlıq nöqtəsi ən yüksək səviyyədə olan fərqsizlik əyrisi istehsal funksiyasına toxunan zaman əldə edilir. Bu nöqtə Kruzonun təmin edilmiş texnoloji sərhədlər daxilində ən optimal seçimidir və dəyişdirilə bilməz. Bu tarazlıq nöqtəsində, ən yüksək səviyyədəki fərqsizlik əyrisinin meyli istehsal funksiyasının meylinə bərabər olmalıdır.
Xatırlayaq ki, marjinal əvəzləmə dərəcəsi, istehlakçının öz faydalılığını eyni səviyyədə saxlayaraq bir əmtəədən digər əmtəə üçün hansı dərəcədə əl çəkməyə hazır olduğunu göstərir. Bundan əlavə, istehsal faktorlarından əldə edilən marjinal məhsul, hər bir əlavə faktordan (bu zaman istifadə olunandan başqa digər faktorların istehsal prosesində dəyişmədiyi güman olunur) istehsal edilə bilən əmtəədir. Bu zaman:
MPL = MRSAsudə vaxt, Kokoslar
Burada:
MPL = əməkdən əldə olunan marjinal məhsul
MRSAsudə vaxt, Kokoslar = asudə vaxt və kokoslar arasındakı marjinal əvəzləmə dərəcəsi
Kruzonun çoxyönlü rolu right|thumb|380x300px| Qrafik 3: Robinzon Kruzo iqtisadiyyatında firma gəlirlərinin maksimum səviyyəyə çatdığı vəziyyət.
Fərz edək ki, Kruzo eyni anda istehsalçı və istehlakçı olmağı dayandırmağa qərar verir. O, bir gün istehsal, növbəti gün isə istehlak edəcəyini bildirir. Mikroiqtisadiyyatda istehlakçı və istehsalçı nəzəriyyələrinin sadə formalarını başa düşmək üçün Kruzonun istehlakçı və istehsalçı rolları bir-birindən ayrılır və ayrıca təhlil olunur. Zamanını istehlakçı və istehsalçı olmaq arasında bölmək üçün o, birgə tükənən iki bazar — kokos bazarı və əmək bazarı tərtib etməlidir. Kruzo, həmçinin özünün yeganə səhmdarı olduğu firmanın da əsasını qoymalıdır. Firma nə qədər əmək haqqının lazım olduğuna və buna uyğun olaraq (hazırkı qiymətlərə əsasən), neçə kokos istehsal edilməli olduğuna qərar verərək gəlirləri maksimum həddə çatdırmaq istəyəcəkdir. Kruzo, firmanın işçisi kimi əmək haqqı, səhmdar kimi isə gəlir əldə edəcək və eyni zamanda, istehlakçı kimi öz gəlirinə və cari bazar qiymətlərinə əsasən firmanın istehsal etdiyi əmtəənin nə qədərini almalı olduğuna qərar verəcək. Güman edək ki, Robinzon tərəfindən öz maliyyə məsələlərini idarə etmək üçün "dollar" adlanan valyuta yaradılmışdır. Problemi sadələşdirmək üçün, QiymətKokos = $1.00 olduğunu güman edək. Bu fərziyyədən nümunədəki hesablamaları daha asan yerinə yetirmək üçün istifadə olunur, çünki bu zaman qiymətlərin nümunəyə daxil edilməsi təhlilin nəticəsini dəyişdirməyəcək.
İstehsalçı Fərz edək ki, firmanın istehsal etdiyi ümumi kokos miqdarı -dir və isə onun mənfəət səviyyəsini göstərir. Bundan əlavə, firmanın işə götürdüyü işçi qüvvəsinə verdiyi əmək haqqının səviyyəsi , işə götürülən işçi qüvvəsinin miqdarı isə ilə göstərilir. Bu zaman:
Qrafik 3-də göstərilən funksiyada bərabər mənfəət əyrisi təsvir edilir (sabit mənfəətini yaradan əmək və kokoslar arasındakı uyğunluq vəziyyəti). Mənfəət, əməyin marjinal məhsulu əmək haqqı dərəcəsinə (istehsalın marjinal xərci) bərabər olan zaman maksimum vəziyyətə çata bilər. Simvolik şəkildə göstərilərsə:
MPL = w
left|thumb|380x300px| Qrafik 4: Robinzon Kruzonun büdcə və fərqsizlik əyrilərini göstərən maksimum həddə çatma problemi.
Qrafik olaraq təsvir edildikdə isə bərabər mənfəət əyrisi istehsal funksiyasına toxunmalıdır. Bərabər mənfəət əyrisi Robinzon Kruzonun sahib olduğu firmanın əldə edəcəyi mənfəət səviyyəsini ölçür. Bu mənfəət səviyyəsinin, yəni -nin dollar dəyərində kokos almaq qabiliyyəti vardır. Kokosun qiyməti 1 dollara bərabər olduğundan sayda kokos alına bilər. Həmçinin firma dollar dəyərində dividendin olduğunu elan edəcək. Bu isə firmanın yeganə səhmdarı olan Robinzon Kruzonun özünə çatacaq.
İstehlakçı
İstehlakçı kimi isə Kruzo nə qədər işləyəcəyinə (və ya nə qədər asudə vaxt keçirəcəyinə) və bu səbəbdən nə qədər istehlak edəcəyinə qərar verməlidir. Səhmdar kimi dollar dəyərində paya sahib olduğundan o, heç işləməməyi seçə bilər. Gəlin Kruzonun bir neçə saat işləyəcəyi daha real vəziyyəti ələ alaraq təhlil edək. Onun əmək istehlakı seçimi qrafik 4-də göstərilmişdir.
Qeyd etmək lazımdır ki, burada əmək "pis" olması ilə xarakterizə olunur (burada, istehlakçının xoşlamadığı əmtəə). Onun istehlak səbətində olması Kruzonun əldə edəcəyi faydalılığı azaldır. Digər tərəfdən isə kokoslar "yaxşı" olması ilə xarakterizə olunur. Buna görə də, fərqsizlik əyriləri pozitiv meylə sahibdir. Əməyin mümkün ən yüksək halı L' ilə göstərilir. L' və təklif üçün seçilən L* arasındakı məsafə isə Kruzonun asudə vaxt üçün olan tələbini təşkil edir.
İndi isə Kruzonun büdcə əyrisinə nəzər salaq. Onun meyli w-ya bərabərdir və (0,) nöqtəsindən keçir. Bu, pay səviyyəsini göstərir, məsələn, Kruzo 0 miqdarında əmək təklif edərsə, onun istehlak üçün sahib olacağı kokos (dollar) miqdarı -yə bərabər olacaqdır. Verilən əmək haqqı səviyyəsində əsasən, aşağıda verilmiş düsturla tapılan nöqtədə Kruzo nə qədər işləyəcəyini və nə qədər istehlak edəcəyini seçəcəkdir.
MRS<sub>Asudə vaxt, Kokoslar = W
Tarazlıq right|thumb|380x300px| Qrafik 5: Robinzon Kruzo iqtisadiyyatında həm istehsal, həm tə istehlak üçün olan tarazlıq.
Tarazlıq nötəsində kokoslar üçün olan tələb həmin məhsul üçün olan təklifə və əmək üçün olan tələb də həmin dəyişən üçün olan təklifə bərabər olacaqdır.
Qrafiki olaraq isə bu, istehlakçı və istehsalçının fəaliyyətini göstərən diaqramlar üst-üstə düşdükdə baş verir. Qeyd edək ki:
MRS<sub>Asudə vaxt, Kokoslar = W
MP<sub>L = W
> MRS<sub>Asudə vaxt, Kokoslar MP<sub>L
Bu, fərqsizlik əyrilərinin və həmçinin istehsal tendensiyasının meylinin eyni olmasını təmin edir.
Nəticədə, Kruzo yuxarıdakı bütün qərarları birlikdə edəcəyi halda əldə etməli olduğu istehlak nöqtəsini eynilə əldə etməyi bacarır. Digər sözlərlə desək, bazar sistemini istifadə etməyin verəcəyi nəticə, fərdi faydalılığı maksimum və xərcləri minimum vəziyyətə çatdırma planları nəticəsində əldə ediləcək nəticə ilə eyni olacaqdır. Makroiqtisadi səviyyədə perspektivə qoyulduqda bu, kifayət qədər əhəmiyyətli nəticədir. Çünki burada, iqtisadiyyatdakı istehsal faktorları və əmtəələrin əmələ gətirdiyi bir struktur mövcuddur və bu struktur qeyd edir ki, firmaların mənfəəti maksimum həddə çatdırmağı hədəfləyən davranışları, fərdlərin öz əldə etdikləri faydalılığı ən yüksək səviyyəyə çatdırmağı hədəfləyən davranışları ilə birgə bir nəticə əldə edir. Bu nəticə isə hər məhsul üçün olan tələbin bütün bazarlardakı təklifə bərabər olmasıdır. Digər sözlə, heç bir iqtisadi agent, digər iqtisadi agent pis vəziyyətə doğru getmədikcə daha yaxşı vəziyyətə çata bilməz.
İki əmtəəli istehsal imkanları left|thumb|380x300px| Qrafik 6: Robinzon Kruzo iqtisadiyyatında iki əmtəəli istehsal imkanları qrupu.
Güman edək ki, Kruzonun kokoslardan əlavə istehsal edə biləcəyi başqa bir əmtəə vardır, məsələn, balıq. İndi isə Kruzo bu iki əmtəə arasında seçim etmək məcburiyyətində qalır, məsələn, nə qədər kokos toplamaq və ya nə qədər balıq ovlamaq. Onun bir fəaliyyətə sərf etdiyi zamandan həsr edərək digər fəaliyyətlə məşğul olması nəticəsində meydana çıxan fərqli miqdarlarda balıq və kokoslardan ibarət müxtəlif vəziyyətlər istehsal imkanları qrupu kimi bilinir. Bu, qrafik 6-da təsvir olunmuşdur.
İstehsal imkanları qrupunun sərhədi istehsal imkanları əyrisi () olaraq bilinir. Bu əyri Kruzonun təmin edilmiş texnoloji sərhədlər və resurslar daxilində istehsal edə biləcəyi mümkün əmtəələri ölçür. Bu vəziyyətdə, təmin edilmiş texnoloji sərhədlər və resurslar Robinzon Kruzonun əməyidir.