Müqəddəs Varvara kilsəsi və ya İçərişəhər erməni kilsəsi — Azərbaycanın Bakı şəhərində 1797-ci ildən 1990-cı ilə qədər mövcud olmuş kilsə. Kilsə İçərişəhərdə yerləşir. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş Varvarevskaya küçəsi də (indiki H. Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Kilsə bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır.
İstinadlar
Mənbə
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Bakı kilsələri Kateqoriya:Dağıdılmış kilsələr Kateqoriya:Azərbaycandakı keçmiş binalar və tikililər