Rafael Hüseyn oğlu Əsədov () — kino və televiziya rəssamı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2001).
Həyatı 19 iyul 1944-cü ildə Masallı şəhərində anadan olub
1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.
1969–1977-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsndə təhsil alıb.
1968-ci ildən AzTV-də əmək fəaliyyətinə başlamışdır. 40 ildən artıq müddətdə baş rəssam vəzifəsini daşımaqla Televiziyanın qızıl fondunda saxlanılan onlarla televiziya tamaşaları və filmlərinin quruluşçu rəssamı olmuşdur.
1997-ci ildə "Topal Teymur", "Ac həriflər", "Nigarançılıq"televiziya tamaşalarının bədii həllinə görə rejissor Ramiz Mirzəyev və operator Eldar Məmmədovla birlikdə "Humay" mükafatına layiq görülmüşdür.
2012–2015-ci illərdə "SPACE" telekanalında baş rəssam çalışıb.
2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət Kafedrasında müəllim vəzifəsində çalışır.
1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2013-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
2001-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
1968-ci ildən başlayaraq "Yazıçı", "Gənclik", "Maaraf"və s. nəşriyyat orqanlarında , 2Pioner", "Ulduz" jurnallarında Azərbaycan və Dünya ədəbiyyatı nümunələrinə yüzlərlə illüstrasiyalar hazırlamışdır ki, bu illüstrasiyaiarın bir qismi Respublika Muzeylərinin eksponatıdır.
Rafael Əsədov Respublika rəssamları sərgilərinin daimi iştirakçısıdır.
Filmoqrafiya Mehmanxana sahibəsi (1978, tammetrajlı film-tamaşa) – rəssam Ötən ilin son gecəsi (film, 1978) – rəssam Alov (film, 1979) – rəssam Evləri köndələn yar (film, 1982) – rəssam Bağışla (film, 1983) – rəssam Balıq günü (film, 1983) – rəssam Topal Teymur (film, 1983)– rəssam Səndən xəbərsiz (film, 1985)– rəssam Astana (film, 1986) – rəssam Ağ atlar üçün vals – rəssam Ordan-burdan (film, 1987) – rəssam Sən həmişə mənimləsən (film, 1987) – rəssam Yaşıl eynəkli adam (film, 1987)– rəssam Dəfn edilməmiş ölülər (1988, tammetrajlı film-tamaşa) – rəssam Qonşu qonşu olsa... (film, 1989) – rəssam Yad qızı (1990, tammetrajlı film-tamaşa) – rəssam Ac həriflər (film, 1993) – rəssam İtkin gəlin (film, 1994) (1994, bədii serial) – rəssam Yurd yeri – rəssam Bala-başa bəla! (film, 1995) (1995, tammetrajlı film-tamaşa) – rəssam Duel (1995, tammetrajlı film-tamaşa) – rəssam Muğam (II) (1995, tammetrajlı film-tamaşa) – rəssam Cəza (1996, tammetrajlı film-tamaşa) – rəssam Fatehlərin divanı – rəssam Yurd yeri 2 – rəssam Nigarançılıq (film, 1998) – rəssam Dirsə xanın oğlu Buğacın boyu (2000, tammetrajlı film-tamaşa) – rəssam Başmaq (2001, qısametrajlı bədii film) – rəssam Salur Qazanın evi talandığı boy (film, 2001) – rəssam Güllələnmiş heykəllər (film, 2002) – rəssam Dəvətnamə (film, 2003) – rəssam Sara Qədimova (2003, qısametrajlı sənədli televiziya filmi) – rəssam Tilsim (film, 2005) – rəssam Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007) – rəssam Bir ovuc torpaq (film, 2009) – rəssam Bir rəngin min çaları (2010, qısametrajlı sənədli televiziya filmi) – rəssam Ləyaqət hücrəsi (film, 2011) – rəssam Mürafiə vəkillərinin hekayəti (film, 2011) – rəssam Tək olanda qorxma... (teleserial, 2013) – rəssam
Kateqoriya:Azərbaycan rəssamları