Əli Həsənli () — yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988).

Həyatı Əli Həsənli 1942-ci ilin fevral ayının 19-da Azərbaycanın Bərdə şəhərində anadan olmuşdur. Burada 3 saylı səhər orta məktəbini bitirmişdir (1948–1958). Leytenant Şmidt (sonralar Səttarxan) adına maşınqayırma zavodunda çilingər işləmişdir (1958–1960).

Təhsili Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almışdır (1963–1968). Universiteti bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Hacatamlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir (1968–1970). Daha sonra İsmayıllı rayonunun İvanovka kənd məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir (1970–1976).

1977-ci ildə Bakıya gələrək "Elm və həyat" jurnalı redaksiyasında fotoqrafçılıqdan jurnalistliyə kimi müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun müddət "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat qəzeti") qəzeti redaksiyasında məktublar şöbəsində fəaliyyət göstərmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin "Oğuz eli" qəzetinin "Yazıçı" xüsusi buraxılışının məsul katibidir.

Yaradıcılığı Əli Həsənli 1970-ci ildən Azərbaycan mətbuatında şeir, hekayə və povestləri ilə çıxış edir. O, müxtəlif janrlarda əsərlər yazsa da, daha çox yazıçı kimi tanınır. Orijinal yaradıcılıq erudisiyasına malik olan müəllifin əsərləri özünəməxsus bədii təhkiyə tərzi və üslubu ilə seçilir. "Xınalı yarpaqlar" (1985), "Güman" (1991), "Çağ" (2010), "İlğım" (2011) və başqa nəsr və poeziya kitablarının müəllifidir. Əsərləri toplu halda beş cilddə nəşr olunmuşdur.

Haqqında yazılanlar Ramiz Rövşən (şair):

Məmməd Oruc (yazıçı):

Vaqif Bayatlı Odər (şair):

Kitabları Xınalı yarpaqlar (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 s. Güman (povest). Bakı: Yazıçı, 1991, 128 s. Çağ (povest və hekayələr). Bakı: 2010, 508 s. İlğım (povest və hekayələr), Bakı: AN Poliqraf, 2011, 502 s. Şırnaq (povest və hekayələr). Bakı: 2014, 506 s. Mətə (şeirlər, poema və esselər). Bakı: 2015, 279 s. Alma (roman, povest və hekayələr). Bakı: 2018, 585 s.

İstinadlar

Xarici keçidlər Əli Həsənli "Şirrah" (20-likdən hekayə)