Əks-kəşfiyyat — kəşfiyyata qarşı durmaq. Onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları yığmasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdirOkhrana Britannica Online.
Milli kəşfiyyat orqanları əlavə olaraq ölkələrin təhlükəsizliyi üçün təhdid olan və hücum üçün həssas nöqtələrin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlərAnciens des Services Spéciaux de la Défense Nationale ( France ).
Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan orqanlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər.
İstinadlar
Xarici keçidlər
Греков Н. В. Русская контрразведка в 1905—1917 гг.: шпиономания и реальные проблемы. — : МОНФ, 2000 Лебедев В. А. Рождение российской контрразведки // Независимое военное обозрение, 12.07.2002 Контрразведывательный словарь. — М.: Научно-издательский отдел Академия Федеральной службы безопасности России, 1972. — 371 с. Россель Ч. Разведка и контрразведка. / пер. с англ., 2 изд. — М., 1943. Шаваев А. Г., Лекарев С. В. Разведка и контрразведка. Фрагменты мирового опыта истории и теории. — М.: Издательская группа «БДЦ-пресс», 2003. — 542 с.
Kateqoriya:Əks kəşfiyyat Kateqoriya:Casusluq texnikaları