Minacat — Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəvi və qəsidəyə yaxınlığı ilə səciyyələnir. Lüğəvi olaraq fısıldamaq mənasındakı nəcv kökündən törədən minacat fısıldaşmaq və bir sirri bölüşmək, yalvarmaq və ya dua etmək kimi mənalarda işlənir.MÜNÂCÂT. İstifadə tarixi: 21 iyul 2026.

Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır.

Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.

İstinadlar

Kateqoriya:Şeir formaları Kateqoriya:Zərdüştçülük