Təzəkənd — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Adın mənşəyi Oykonimin keçmiş adı Oğrukənd (Uyğurkənd) olmuşdur, Təzəkənd Yenikənd deməkdir.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Toponimikası Salyan düzündədir. Bəzi rəsmi sənədlərdə Oğrukənd kimi qeydə alınsa da, əslində yaşayış məntəqəsinin adı Oqurkənd (Uğurkənd adının təhrif olunmuş variantı) olmuşdur. Monqolların XIII əsrdə Yaxın Şərq və Cənubi Qafqaza yürüşlərində türkdilli uyğurlar da yaxından iştirak etmişlər. Sonralar onların əksəriyyəti İranda və Azərbaycanda məskunlaşdılar. Oykonim həmin tayfanın adını özündə əks etdirirdi. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2630 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Yol 31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar–Təzəkənd–Üçtəpə–Əliqasımlı–Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2014-cü il tarixli Sərəncamı president.az

Həmçinin bax Cəlilabad rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

Kateqoriya:Cəlilabad rayonunun kəndləri