Jujemberk qalası — Sloveniyada, Jujemberk kəndinin mərkəzində qala. Krka çayı üzərindəki uçurumda yerləşir.

Tarix Qala haqqında ilk məlumatlar 1295-ci ildən başlayır. XVI əsrdə divarları yenidən qurulmuş və müdafiə divarları dairəvi qüllələrlə möhkəmləndirilmişdir. İkinci Dünya müharibəsi zamanı burada İtalyan qarnizonu yerləşirdi. Müharibənin sonundakı hava hücumları zamanı qala ciddi ziyan gördü. Qalanın tədricən yenidən qurulması 1960-cı illərdə başlamış və 1996-cı ildə başa çatmışdır. Yaz aylarında (iyun-sentyabr) qalanın zirzəmisində konsertlər təşkil olunur.

İstinadlar

Kateqoriya:XIII əsrə aid qalalar