thumb|Hanife Çetiner və Esin Yılmazın xatirə evi Müqəddəs Vukolos kilsəsi () — Türkiyənin İzmir şəhərində yerləşən yunan pravoslav kilsəsi. İzmir şəhərinin ilk yepiskopu Vukolosun xatirəsinə adlandırılıb.
Tarixi 1886-cı ildə yunan pravoslav erməniləri tərəfindən tikilməyə başlanan Müqəddəs Vukolos Kilsəsi ibadət üçün 1887-ci ildə açıldı. 1922-ci ildə İzmir yanğını zamanı ermənilərin dağılmayan yeganə tikilisi idi. Yunanıstan və Türkiyə arasında əhali mübadiləsi nəticəsində kilsə icması növbəti ildə İzmiri tərk etdi.
1924-cü ilin fevral ayında Mustafa Kamal Atatürkün xahişi ilə kilsə binası İzmir Arxeoloji Muzeyinə çevrlidi. Bu dövrdə kilsədəki freskaların üstü örtülmüşdür. 1951-ci ildə muzey Kulturparka köçürüldükdən sonra kilsə binası opera zalı və anbar kimi istifadə edilməyə başlandı. 1975-ci ildə "qorunacaq mədəni sərvət" olaraq qeydiyyata alındı. 1990-cı ildə baş verən yanğında kilsə ciddi zərə gördü. 2003-cü ildə İzmir Böyükşəhər Bələdiyyəsinin himayəsinə verildi. 2008-ci ilin dekabr ayında kilsədə bərpa işləri başladı. Bərpa işləri 2010-cu ildə başa çatdıqdan sonra kilsə binası mədəni tədbirlərdə istifadə olunmağa başladı; kilsənin yanında inşa olunan dörd əlavə tikililərin ikisi İzmir Jurnalistlər Cəmiyyəti Mətbuat Muzeyi və Hanife Çetiner və Esin Yılmazın xatirə evi olaraq açıldı. 17 Avqust 2014-cü ildə, 1922-ci ildən bəri ilk dəfə kilsədə Müqəddəs Məryəmin şərəfinə anım mərasimi təşkil edildi. 2015, 2016 və 2018-ci illərdə də kilsədə müxtəlif mərasimlər keçirildi.
İstinadlar
Kateqoriya:İzmir kilsələri Kateqoriya:Konak ilçəsi Kateqoriya:Rum Ortodoks kilsələri Kateqoriya:Türkiyədəki keçmiş kilsələr