Farmakologiya (yun. pharmakon – dərman və logos – elm) — Dərman maddələrinin orqanizmə təsiri haqqında elm.Azərbaycan dilinin izahlı onlayn lüğəti

Ümumi farmakologiya anlayışları Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır.

Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir.

"Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır.

İstinadlar

Xarici keçidlər Free books for doctors — Farmacology books Prof. Dr. N. M. Öktel — Farmakoloji (ders kitabı). Ankara, 1965.

Həmçinin bax Beynəlxalq Farmakologiya İttifaqı Əczaçılıq (Farmasevtika)

Kateqoriya:Biokimya Kateqoriya:Tibbin klinik bölmələri Kateqoriya:Kimyəvi maddələr