İlyas Borağanski () — krım tatar naşiri, maarifçi, türkoloq, 50 il kitab nəşriyyatı işi ilə məşğul olmuşdur.
Həyatı Mədrəsə təhsilini almışdır, orada xəttatlıq sənətini öyrənirdi. On beş yaşında Türkiyəyə getdi. 7 il İstanbulda nəşriyyat işi üzrə təhsil aldı. 1874-cü ildə İstanbul Universitetini bitirdi.
Baxçasaraya qayıdaraq şərq mətnlərinin tərcümə sifarişlərini yerinə yetirirdi. Şüşə və metal üstündə oyma işini görürdü.
1893-cü ildə Sankt-Peterburqda ərəb şrifti və rus, türk, ərəb və fars dillərində çap işləri görən "Şərqi elektrik nəşriyyatı" () adlı ilk tatar mətbəəsini təşkil etdi. 1898-1908-ci illərdə Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsində osmanlı dilindən mühazirələr keçirdi.
Hökumətin 1911-ci ildə müsəlman əsərlərinin nəşrinə qadağa qoyması ilə mətbəədə Krım tarixi və mədəniyyətinə aid, həmçinin elmi, maarif və bədii kitablar nəşr olunurdu, onlar içərisində N. Qoqolun "Evlilik" kitabının krım tatar dilinə tərcüməsi və Qazaxıstan yazıçısı Abay Kunanbayevin ilk kitabı yer alır.
Peterburq alimləri onun mətbəəsində şərq əsərlərini çap edirdilər.
Yüksək keyfiyyətli çap və naşir kitablarının bədii tərtibatına görə çar hökuməti onu nişanla təltif etdi.
1919-cu ildə başqırd atçılıq diviziyası üçün yazılan tatardilli Salavat qəzetinin nəşr edilməsi haqqında sifariş aldı.
1920-ci ildə Petroqraddan Başqırdıstanın Sterlitamak şəhərinə köçməyə məcbur qaldı, ancaq kitab çapı ilə məşğul olmağa davam etdi.
Vəfat tarixi dəqiq məlum deyil, müxtəlif mənbələrdə 1924, 1934 və ya 1942-ci illər qeyd olunur.
İstinadlar
Mənbə İlyas Borağanski http://pushkinlibrary.kz/docs/Boraganskii.pdf https://ru.krymr.com/a/27687027.html https://avdet.org/ru/2019/02/22/ilyas-boraganskij-krymskotatarskij-prosvetitel/ https://kaztag.kz/ru/news/v-biblioteke-imeni-abaya-v-semee-poyavilis-unikalnye-trudy-abaeveda-kayuma-mukhamedkhanova İlyas Borağanski (1852-1924)
Kateqoriya:Rusiya naşirləri Kateqoriya:Rusiya xəttatları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Rusiya imperiyası türkoloqları