Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı. 1918-ci ildə Cavad qəzasının Petropavlovka dairəsində anadan olmuşdur.
O, ikinci cahan savaşı başlayanda cəbhəyə yollanmış, “Qırmızı Suvorov” ordenli Qara dəniz silahlı qüvvələrində, Kutuzov adına dəniz atıcı briqadasının tərkibində vuruşmuşdur. Ayaz İsmayılov Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. İgid döyüşçü Novorossiysk, Kuban, Sevastopol, Belqrad, Kerç, Kiyev və digər şəhərlərin, habelə Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Avstriya ölkələrinin azad olunmasında iştirak etmişdir. Müharibədə igidliklər göstərmiş Ayaz İsmayılov “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir.
İstinadlar
Mənbə Muğan-Şirvan qəzeti, 14 dekabr 2006-cı il.
Həmçinin bax Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Sabirabad rayonunda doğulanlar