Darya Gennadevna Bilodid (; anadan olub 10 oktyabr 2000-ci il, Kiyev) — ukraynalı cüdoçu. İki qat dünya çempionu, 2017-ci ilin Avropa çempionu.

Ümumi məlumat 10 oktyabr 2000-ci ildə məşhur cüdoçu Gennadi Bilodid və həyat yoldaşı Svetlana Kuznetsovanın ailəsində anadan olmuşdur.

Uşaqlıqdan bəri atasını yolunu davam etdirmişdir. Valideynləri onun məşqçisi olmuşdur. İlk əhəmiyyətli uğuru ölkə çempionluğunu və daha sonra 2015-ci ildə əldə etdiyi Avropa və Dünya çempionluğu idi.

İlk böyük yaşlılar arasında qızıl medalını 2017-ci ilin mart ayında Praqada Açıq Qitə Kubokunda qazandı. 20 aprel 2017-ci ildə Daria Bilodid Varşavada keçirilən Avropa Çempionatında 48 kiloqram çəki dərəcəsində finalda rusiyalı İrina Dolgovaya qalib gəldi. Finala gedən yolda Daria, Maria Persian (Rusiya), Militsa Nikoliç (Serbiya) və Eva ÇernovetskİNİ (Macarıstan) məğlub etdi. Böyüklər kateqoriyasında bu yarış onun ikinci yarışı idi.

DÇ-2018-də Bilodid ilk görüşdə Dystria Krasnikiyi (Kosovo Respublikası) məğlub etdiyi. Sonra o, 2017 Dünya Kubokunda məğlub olduğu Yao Ksiong (Çin) və Qazaxıstandan Galbadrakhyn Otqontsetseg üzərində ippon ilə erkən qələbələr qazandı. Yarımfinalda Daria Rio-2016 Olimpiya çempionu Paula Pareto (Argentina) üzərində vazari fəndi ilə qələbə qazandı. Finalda hazırkı dünya çempionu Funa Tanaki (Yaponiya) ilə qarşılaşdı. UkraynalI qarşılaşmanın üçüncü dəqiqəsində ippon fəndi ilə qələbə çaldı və 17 yaşında dünya çempionu oldu . Beləliklə ukraynalı cüdo tarixində həm kişilər, həm də qadınlar arasında ən gənc dünya çempionu oldu. 2019-cu ildə Tokioda keçirilən olimpiya öncəsi dünya çempionatında finalda Yaponiya idmançısı Funu Tanaki məğlub edərək qızıl medal qazandı.

İstinadlar

Kateqoriya:Ukrayna cüdoçuları Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:Cüdo üzrə dünya çempionları Kateqoriya:2019 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:2020 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya bürünc medalına sahib Ukrayna idmançıları Kateqoriya:Cüdo üzrə Avropa Oyunları medalçıları Kateqoriya:2019 Avropa Oyunlarında cüdoçular Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında cüdoçular