Oradya Hava Limanı (, ) — beynəlxalq hava limanı, Rumıniyanın şimal-qərbində Oradya şəhərindən 5 km cənub-qərbdə, Bihor judetsində, Macarıstana aparan avtomobil və dəmir yolu yaxınlığında yerləşir. Rumıniyada turizm potensialının (Baile Felix isti bulaqları, Padişin qoruq ərazisi və s.) inkişafında mühüm amildir. E60 Avropa marşrutu yolunun və inşası davam etdirilən A3 Transilvaniya avtomobil yolunun yaxınlığında yerləşir. 2017-ci ildə müasir bir hava limanının açılması son iki ildə sərnişin və yük daşımalarını iki dəfə artırmışdır. Debresen (82 km, Macarıstan) və Kluj-Napoki (165 km) hava limanlarına rəqib sayılır. Tikinti 2009-cu ildə Bixor bölgə rəhbərliyi daha əvvəl mövcud hava limanının uçuş-enmə zolağını genişləndirmək, yük terminalı tikmək və sərnişin terminalını yeniləmək üçün müqavilələr bağlamağa başlayır. Terminal yeniləməsinə yeni xidmətlərin açılması daxildir: avtomobil icarəsi, valyuta mübadiləsi, mağazalar və s. Bixor bölgə komissiyası, Avropa Komissiyasının nümayəndələri ilə 7 fevral 2014-cü ildə hava limanının yenilənməsi üçün Avropa fondlarından 30 milyon avro ayrılması barədə razılığa gəlirLucrările la Aeroportul Oradea inaugurate . Həmin il oktyabrın 20-də 2100 m uzunluğunda yeni bir uçuş-enmə zolağında, iki yolun və digər binaların tikinti işləri başlayırAu inaugurat lucrările la Aeroportul Oradea . Yük terminalı layihəsinin birinci hissəsinin icrası üçün vəsait yığılırConstruction contract for the airport signed with austrian company Porr və 30 oktyabr 2015-ci ildə uçuş-enmə zolağının modernləşdirilməsi başa çatdırılırTAROM revine la Oradea începând cu 12 noiembrie .

2017-ci ilin mart ayından etibarən Ryanair Oradyadan Berqamo (Orio al Serio hava limanına) və Cirona (Cirona-Kosta Brava hava limanı), oktyabr ayından isə Eyndhoven, Memmingen, London və Veseyə uçuşlar həyata keçirdi. 2018-ci ilin mart ayında əməkdaşlıq dayandırılırRyanair to stop flights from Oradea and Craiova, after closing Timisoara base , şirkətin bütün subsidiyaları əvvəlcədən aldığına dair məmurların verdiyi vədlərə baxmayaraq, uçuşlarda payı 85% -dən 95% -ə qədər dəyişir və tariflər bölgədəki digər hava limanlarına nisbətən daha aşağı olurRăzboi în declaraţii pe tema zborurilor de la Oradea: Ioan Mang susţine că Ilie Bolojan e "politruc" . Digər istifadə Hərbi 2009-cu ilin aprel ayından etibarən Oradyadakı NATO distant Təhsil Mərkəzi şəbəkəsinin bir hissəsi olmuşdur.

Təcili yardım Oradya hava limanında Pelikan Xəstəxanasına məxsus tibbi helikopter vardır. Vertolyot Bixor, Selaj, Satu Mare, Maramureş və Arad ərazilərinə xidmət edir. Helikopterlər ağır yaralıları Buxarest travma mərkəzlərinə çatdırır. İstinadlar

Kateqoriya:Rumıniya hava limanları