İniya Trinkuniyene (; ) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə).Организация международного союза религиозных общин балтских этнических религий в Литве Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır.

Həyatı 1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi.15min: Vilniaus Gedimino kalne įšventinta Lietuvos Romuvos Krivė. Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var.

Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur. Ərinin vəfatından sonra Romuva icmasına rəhbərlik etdi və eyni zamanda Avropa Etnik Dini Qurultayının sədri oldu.Англоязыческий пузырь 2016-cı ildə təqaüdə çıxdıqdan sonra yalnız cəmiyyət işləri ilə məşğul olmağa başladı.Интервью с Инией Тринкуниен, Верховной Жрицей Ромува (Перевод) Dev Sanskriti Vişvavidyalaya universitetinin (Haridvar, Uttarakhand, Hindistan) fəxri doktorudur.

İstinadlar

Kateqoriya:SSRİ etnoloqları Kateqoriya:Litva etnoloqları Kateqoriya:SSRİ folklorşünasları Kateqoriya:Litva folklorşünasları Kateqoriya:Litvada neopaqanizm