Erjebet Şaar (; ) — Macarıstan heykəltaraşı, Mihai Munkaçı mükafatı laureatı (1962), Macarıstan Xalq Respublikasının əməkdar heykəltaraşı (1972).
Həyatı Usta Jiqmond Kişfaludi-Ştrobl onun müəllimi olmuşdur. 1932-ci ildə o, ən yaxşı gənc rəssam nominasiyasında "Siney" mükafatına layiq görüləndə, ilk peşəkar sərgisini təşkil etdi və mütəxəssislərin diqqətini çəkdi. 1935-ci ildə heykəltaraş Tibor Vilt ilə evləndi. Qadın fiqurları, cütlükləri və ölən əsgərləri təsvir edən bir sıra heykəllərin müəllifidir. Heykəllər təbii görünsün deyə asan kəsilən yüngül polistirol materialından istifadə edirdi. 1970-ci ildə Budapeştin Müçarnok salonunda sərgi keçirdi və iki il sonra Antverpen və Cenevrədə sərgisi təşkil olundu. 1977-ci ildə Şaarın ölümündən sonra Duysburq şəhərindəki Lembruk muzeyində sərgi keçirildi. Şaarın düzəltdiyi məşhur heykəllər Budapeşt, Keçkemet, Mişkolts, Peç, Tihani və digər şəhərlərdə yerləşirlər. Əsərlərin əhəmiyyətli hissəsi Kral Müqəddəs İştvanın adına muzeyin eksponatlarıdır.
İstinadlar
Xarici keçidlər Artportal.hu saytında səhifəsi Macarıstan Bioqrafik lüğətindəki məqalə
Kateqoriya:Qadın heykəltaraşlar