Corc Anson (ilk soyadı – Adams; ; ) — Böyük Britaniya zabiti və siyasətçisi. O, Piriney müharibəsi dövründə hersoq Artur Uelsli Vellinqton rəhbərliyindəki Böyük Britaniya Süvari Briqadasını idarə etmiş və illərlə viqlərdən olan parlament üzvü kimi çalışmışdır.

Həyatı Corc Anson Corc Adamsın və lord I Corc Veneybls-Vernonun qızı Meri Vernonun ikinci oğludur.The Annual Register, Or, A View of the History and Politics of the Year – 1849, page 283, (Published 1850, J. G. & F. Rivington) Onun böyük qardaşı Tomas Anson, kiçik qardaşları isə ser Uilyam Anson və Frederik Anson idi.

Karyerası Piriney müharibəsi Corc Anson Böyük Britaniya ordusuna 1786-cı ildə qoşulmuşdur. O, Hollandiyada, York hersoqu Şahzadə Frederik və ser Ralf Eberkrombi rəhbərliyi altında xidmət göstərmişdir. O, Piriney müharibəsindəki bütün kampaniyalarda iştirak etmişdir və İkinci Porto döyüşü zamanı 16-cı yüngül draquna rəhbərlik etdiyi görə mükafatla təltif olunmuşdur. Anson Talavera, Busak, Salamanka və Vittoriya döyüşlərindəki fəaliyyətinə görə daha çox hörmət qazanmışdır. O həmçinin, Vento-del-Poso döyüşündə də iştirak etmişdir. Anson döyüşlərdəki fəaliyyətlərinə görə iki halqalı qızıl medalla təltiflənmişdir. Böyük Britaniya İcmalar palatası 1816-cı ildə hərbi xidmətinə görə ona minnətdarlığını bildirmişdir.The Annual Register, Or, A View of the History and Politics of the Year – 1849, page 284, (Published 1850, J. G. & F. Rivington)

Digər fəaliyyətləri Hərbi karyerasına əlavə olaraq o, 1806–1841-ci illərdə Liçfild seçki dairəsini təmsil edən parlament üzvü olmuşdur. Anson 1836–1841-ci illərdə Şahzadə Albertin kamer-yunkeri olmuşdur. O, 1846-cı ildə Çelsi Hərbi Hospitalının vitse qubernatoru, 1849-cu ilin may ayında isə qubernatoru təyin olunmuşdur.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Leigh Rayment's Peerage Page www.thepeerage.com

Kateqoriya:Britaniya generalları Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:Viqlər (Britaniyada siyasi partiya) Kateqoriya:Birləşmiş Krallıq parlament üzvləri