İta Ever ( ) — Sovet və Estoniya teatr və kino aktrisası. Estoniya SSR xalq artisti (1973). Mədəniyyət üzrə Estoniya Milli Mükafatı laureatı (2007).

Bioqrafiyası İta Ever 1 aprel 1931-ci ildə Yarvamaa vilayətinin Payde şəhərində anadan olub.

İlk dəfə İta Ever 1949-cu ildə Eston Dram Teatrının səhnəsində, onuncu sinif şagirdi, məktəb dram dərnəyinin iştirakçısı olaraq çıxış edir. Arbuzovun "Tanya" pyesində baş rolu oynayır. 1953-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunun Estoniya Studiyasını bitirir. İyirmi tələbə yoldaşı ilə birlikdə Estoniya Dram Teatrına qəbul edilir. İta Ever bu səhnədə təxminən 120 rol oynayır. Təxminən eyni ilə səhnədə, televiziyada, radio və filmlərdə çəkilir.

İzləyicilər onu Aqata Kristinin romanı əsasında çəkilmiş "Qara dənizin sirri" filmindəki Miss Marpl kimi tanıyırlar.

Ailəsi Estoniya teatr aktyoru və rejissoru Eyno Baskin ilə pozulmuş bir evliliyindən, hazırda rejissor olan Roman Baskin dünyaya gəir. Kino aktyoru İlmar Tammur, teatr aktyoru Qunnar Kilqas ilə evli olmuşdur.

Teatrdakı rolları Anton Çexovun "Üç bacı" pyesi. Rejissor: Adolf Şapiro — Maşa "Kişi, Qadın və Konsert" — Mariya "Cəsarətli ana və uşaqları" Bertolt Brext — lal Ketrin Rovan şərabı — Ebbi Bruster

Çəkildiyi filmlər 1955 — Andrusun xoşbəxtliyi 1967 — Andrus Lapetusaya nə oldu? 1968 — Tünd pəncərə 1969 — Yaz — Anro Talı ana 1972 — Həyata qayıdış — Lil 1976 — Mənim arvadım — nənə 1976 — Yaşamaq vaxtıdır, sevgi vaxtıdır — Deboranın anası 1978 — Əqrəb 1978 — Qış tətili — Anu 1981 — Balaca Şeytan 1981 — Sərt dəniz 1983 — Qara Quşların sirri — miss Marnl 1988 — Dövlət sərhədi. Duzlu Külək — Linda xala 1989 — Axırzamanın sirri — misis Krof 1990 — Uran planetinin peyki 1990 — Reqina 1990 — Payiz — Ana Kiyr, o Katarina-Rosaliya yolunda 2001 — Kobra — İrma 2003 — Kəhrəba qanadları 2006 — İfritə — Qoca ifritə 2006 — Yaşlı xanımın səfəri — Klara Tsaxanassyan

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Estoniya uzunömürlüləri