Beynəlxalq Sülh Bürosu () — dünyanın ən qədim barışıq təşkilatı, 1891-ci ildə təsis edilmişdir.
Tarixi Təşkilat 1891-ci ildə Romada keçirilmiş Beynəlxalq Sülh Konqresinin yekunlarına əsasən yaradılmışdır. Büronun təsisçilərindən biri, həmçinin onun ilk sədri danimarkalı siyasətçi Fredrik Bayer 1908-ci ildə Nobel Sülh Mükafatını aldı. Eli Dyukommen təşkilatın birinci baş katibi idi və 1902-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdü. 1906-cı ildə Dyukommen ölümünə qədər qurumun katibi olaraq işi davam etdirdi və yerinə İsveçrə hüquqşünası olan və Nobel Sülh Mükafatçısı Alber Qoba gəldi.
BSB-nun əsas vəzifələri Beynəlxalq Sülh Bürosunun əsas vəzifələri beynəlxalq konfransların təşkili və keçirilməsi, sülhün təbliği, həmçinin pasifist qrup və müəssisələrin arasında əlaqələrin saxlanması idi. Büro, beynəlxalq hüquq çərçivəsində 7 əsas prinsip tərtib etmişdir.
Xalqların/ölkələrin vəzifələri və mənəvi dəyərləri eyni insanların vəzifələri və mənəviyyatları olaraq qəbul edilir. Bir insanın başqalarını öz üzərində mühakimə etmək və icra etmək hüququ olmadığı kimi, bir dövlət də digərinə hökm edə və müharibə elan edə bilməz. Xalqlar arasında fikir ayrılıqları qanunlar çərçivəsində izah edilməlidir. Fərdlərin qanuni müdafiə hüququ olduğu kimi, xalqların da öz əmlaklarını başqalarından qorumaq hüququna malikdirlər. İşğal vasitəsilə hüquq elan edilə bilməz. Hər bir xalqın idarəetmə və azad olmaq üçün ayrılmaz və əvəzedilməz hüquqları vardır. Hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ toxunulmazdır. İsveçrənin paytaxtı olan Bern şəhəri, qurumun qərargahı seçildi və ən yüksək səviyyəli qərar qəbuletmə konqresi illik iclaslarını orada keçirdi. thumb|left|1899-cu ildə Beynəlxalq Sülh Bürosunun Berndə keçirdiyi iclasından Tərksilaha dair konfranslar təşkil etdiyinə görə hərəkat 1910-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Birinci Dünya müharibəsi zamanı fəaliyyətini dayandıran təşkilat öz işini yenidən davam etdirək, qeyri-hökumət təşkilatlarının humanitar fəaliyyətinə diqqət yetirmişdir. Müharibədən sonra qurum sülh siyasətində həlledici rol oynaya bilmədi.
1924-cü ildə təşkilatın katibliyi Cenevrəyə köçdü, konfranslarda iştirak azaldı. İkinci Dünya müharibəsinin başlaması ilə Beynəlxalq Sülh Bürosu yenidən fəaliyyətini dayandırdı.
İstinadlar
Kateqoriya:Pasifistlər Kateqoriya:Qeyri-hökumət təşkilatları Kateqoriya:Beynəlxalq təşkilatlar