Sass (Syntactically Awesome Stylesheets) — CSS kod abstraksiyasının səviyyəsini artırmaq və stilin kaskad cədvəlləri sənədlərini asanlaşdırmaq üçün hazırlanmış bir CSS əsaslı metadil.
Sass-ın iki sintaksisi var: sass — burada əyri mötərizələrdən istifadə edilmir və abzas, boşluqlar vasitəsilə yuvalaşma aparılır. SCSS (Sassy CSS) — CSS-dəki əyri mötərizələrdən istifadə prinsipini saxlayır və yuvalaşma aparılır.
Yuvalaşdırma qaydası
Sass-ın əsas xüsusiyyətlərindən biri iç-içə olan selektorları yaratmağı və redaktə etməyi asanlaşdıran yuvalaşdırma qaydasıdır.
#header background: #FFFFFF
.error color: #FF0000
a text-decoration: none &:hover text-decoration: underline
Aşağıdakı sintaksislə CSS-ə çevrilir:
#header { background: #FFFFFF; } #header .error { color: #FF0000; } #header a { text-decoration: none; } #header a:hover { text-decoration: underline; }
CSS dəyişənləri Sass-ın daxilinə dəyişən və bir sıra parametri eyni dəyişənə çevirə bilən "miksin"-ləri () daxil etmək mümkündür. Bu, böyük fayllarla işləyən zaman kodun davamlılığını, çevikliyini və daha rahat anlaşılmasını təmin edir.
$linkColor: #00F
a color: $linkColor
Aşağıdakı sintaksislə CSS-ə çevrilir:
a { color: #00F; } Miksinlərdən istifadə nümunəsi:@mixin border-radius($radius,$border,$color) { -webkit-border-radius: $radius; -moz-border-radius: $radius; -ms-border-radius: $radius; border-radius: $radius; border:$border solid $color } .box { @include border-radius(10px,1px,red); }Aşağıdakı sintaksislə CSS-ə çevrilir:
.box { -webkit-border-radius: 10px; -moz-border-radius: 10px; -ms-border-radius: 10px; border-radius: 10px; border: 1px solid red; }
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Proqramlaşdırma dilləri Kateqoriya:Nişanlama dilləri