Tannu-Ola () — Cənubi Sibirdə, Tıvanın cənubunda yerləşən dağ sistemi. Şərq və qərb olmaqla iki hissədən ibarətdir. Silsilə şərqdən qərbə, Monqolustan sərhədi boyunca uzanır. Orta hündürlüyü 2500–2700 m-dir. Uzunluğu təqribən 300 km-dir.
Əbədi qarla örtülü dağları yoxdur. Şimal yamacları Yenisey üçün xarakderik olan sidr tayqa meşələri ilə örtülmüşdür. Cənub yamaclarında çöllər üstünlük təşkil edir. Tannu-Olanın qərb ucu Altay dağlarına bitişikdir. Silsilədən axan çaylar əhəmiyyətsizdir.
Geoloji süxurları: mişar daşı, şist, konqlomerat, effuziv çöküntü süxurları və qranitlər (Şərqi Tannu-Ola) ilə təmsil olunur. Daha əvvəllər dağlarda kobalt çıxarılırdı.
İstinadlar
Kateqoriya:Tıva coğrafiyası Kateqoriya:Rusiya sıradağları Kateqoriya:Monqolustan sıradağları