Liliya Qumerova ( ) — Rusiya dövlət və ictimai xadimi. Pedaqoji elmlər namizədiЛилия Салаватовна Гумерова. Конструирование среды дошкольного образовательного учреждения как условие формирования экономической культуры детей старшего дошкольного возраста (рус.). — Екатеринбург, 2012.. Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Federasiya Şurasının üzvü (2014-cü ildən), Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət komitəsinin sədri (2019-cu ildən). Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri (2015-ci ildən).
Bioqrafiyası Liliya Qumerova 16 dekabr 1972-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Uçalı rayonunun Uçalı şəhərində anadan olmuşdur.
1994-cü ildə Başqırd Dövlət Pedaqoji Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirir.
1994-cü ildən Başqırdıstan Respublikası Uçalı şəhərindəki 10 nömrəli orta məktəbdə müəllim-psixoloq, psixologiya müəllimi işləmişdir.
2001-ci ildən Uçalı Rayon İdarəsində I Kateqoriyalı mütəxəssis vəzifəsini tutur və daha sonra Sosial İşlər Rəhbərinin müavini təyin edilir.
2005-ci ildə Başqırdıstan Respublikasının Prezidenti yanında Başqırdıstan Dövlət İdarəetmə Akademiyasını hüquq ixtisasını üzrə bitirir.
2007–2010-cu illərdə Başqırdıstan Respublikası Hökumətinin sosial inkişaf, səhiyyə, əmək və məşğulluq şöbəsinin müdiri olmuşdur.
28 yanvar 2010-cu ildə Başqırdıstan Respublikasında Uşaq Hüquqları üzrə Müvəkkil vəzifəsinə seçilir.
14 mart 2011-ci ildə "Vahid Rusiya" partiyasından 28 nömrəli Otradovsk seçki dairəsindən Kurultay deputatı seçilir. 15 mart 2011-ci ildə Başqırdıstan Respublikasının Kurultay sədrinin müavini seçilir.
24 oktyabr 2012-ci ildə Başqırdıstan Respublikası Baş nazirinin müavini təyin edilir.
25 sentyabr 2014-cü il tarixində Başqırdıstan Prezidenti Rüstəm Həmidov Liliya Qumerovanı Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında senator səlahiyyətləri verir. 19 sentyabr 2019-cu ildə Başqırdıstanın yeni başçısı Radiy Xabirov onun səlahiyyətlərini uzadır.
1 oktyabr 2014-cü ildən Federasiya Şurası Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini, 18 dekabr 2015-ci ildə Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri seçilir.
25 sentyabr 2019-cu ildə Rusiya Federasiyası Elm, təhsil və mədəniyyət komitəsinin sədri təyin edilmişdir.
Mənbə Гумерова Лилия Салаватовна// Справочно-информационный ресурс "Кто есть кто в Республике Башкортостан" Гумерова Лилия Салаватовна // Совет Федерации
İstinadlar