Rəcəb İvedik 2 () — Türkiyə istehsalı Rəcəb İvedik filminin davamı olan komediya filmi. Filmin rejissoru Toqan Gökbakardır.
Məzmun Rəcəbin tək tanışı, yaşlı və vaxtını PlayStation oynayaraq keçirən nənəsidir. Nənəsi Rəcəbin yaşadığı sərxoş, boş və avara həyatı buraxıb iş tapmasını, evlənməsini və prestij qazanmağını istəyir. Rəcəb nənəsinin istəkləri üçün özünə iş axtarmağa başlayır. Rəcəb İvedik hər işə gedir, getdiyi işlərdə də hər şeyi bir-birinə qarışdırır. Əmisi oğlu Hakanın yaxın adamları çox olduğu üçün sahib olduğu iş yerində ona yeni bir iş verir. Rəcəb, bir tərəfdən iş yerində cürbəcür macəralar yaşayarkən, bir tərəfdən də işi öyrənir.
Rollarda Rolu canlandıran Obraz Qeydlər Şahan Gökbakar Rəcəb İvedik Gülşən Özbakan Pakizə İvedik Efe Babacan Hakan İvedik Çağrı Büyüksayar Əli Kərəm Asiya Dinçsoy Yakuza Zeynəb Çamcı Zeynəb Aysan Sümercan Yoqa Müəllimi Füsun Öztoprak Müjdə Uzman Gülşah Şahin Esin Gündoğdu Oya Salman Yıldıray Yıldızoğlu Məltəm İpəkçi Ayfer Çalqıcı Erkan Baltacı Begüm Önər Ayşə Özkök Elif Burcu Barut Mitoi Luis Hiroşi Nakama Fevzi Gökce Affan Gürəl
Rəylər Film homofobik olduğu üçün Rəcəb İvedik rolu 2009 Hormonlu Pomidor mükafatına, qadın haqqları və cinsiyyət pozuntuları olduğu üçün 2008-ci ildə isə Qızıl Bamya-ya layiq görülmüşdür. 33,4 lirə gəlir qazanan film Türkiyədə 4,4 milyon insan tərəfindən izlənilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2000-ci illərin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Togan Gökbakarın filmləri Kateqoriya:Türkiyə filmləri Kateqoriya:Recep İvedik Kateqoriya:İstanbul haqqında filmlər